Qusar rayonunda Silahlı Qüvvələr Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib -Fotolar
Tarix: 25-06-2025 | Saat: 19:24
Bölmə:Ölkə | çapa göndər

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü dövlətçiliyimizin hərbi-siyasi tarixində mühüm yer tutan əlamətdar gündür. Müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 iyun tarixi Silahlı Qüvvələr Günü kimi təsis edilmiş və rəsmi dövlət bayramı statusu almışdır. Hər il bu gün münasibətilə ölkə üzrə müxtəlif səviyyəli tədbirlər keçirilir.
Qusar rayonunda da 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ümumrayon tədbiri təşkil olunub. Tədbir Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsinin ziyarəti ilə başlayıb. Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər şəxsləri və kollektivləri, ictimaiyyət nümayəndələri ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Daha sonra tədbir iştirakçıları Qusar Rayon Heydər Əliyev Mərkəzində keçirilən rəsmi mərasimə qatılıblar. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov iştirakçıları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan Ordusunun bu günkü qüdrəti və peşəkarlığı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik hərbi-siyasi strategiyanın və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin nəticəsidir. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində şanlı zəfərimiz Azərbaycan Ordusunun gücünü, xalq–ordu birliyinin möhkəmliyini və ölkə rəhbərliyinin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Qusar rayonunun da bu mübarizəyə verdiyi töhfə, şəhidlərimizin və qazilərimizin göstərdiyi rəşadət tariximizin şanlı səhifələrindən biri kimi yaddaşlara həkk olunub.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov ordu quruculuğunun ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasında mühüm yer tutduğunu vurğulayıb. O bildirib ki, 1990-cı illərin mürəkkəb və təlatümlü dönəmində Ulu Öndərin qətiyyəti və uzaqgörən strategiyası nəticəsində Azərbaycanda nizami ordu quruculuğunun real əsasları qoyulub. Bu gün isə həmin təməl üzərində formalaşan Azərbaycan Ordusu regionun ən güclü və müasir silahlı qüvvələrindən biri kimi tanınır və beynəlxalq səviyyədə nüfuz qazanıb.
Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin sədri Canəli Hörmətov silahlı qüvvələrin formalaşmasında və Azərbaycanın hərbi qələbələrində şəhidlərimizin və qazilərimizin müstəsna rolunu xüsusi vurğulayıb. O bildirib ki, bu müqəddəs missiyanın daşıyıcıları olan qəhrəmanlarımızın fədakarlığı dövlət səviyyəsində yüksək dəyərləndirilir. Canəli Hörmətov qeyd edib ki, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial yönümlü siyasətin ayrılmaz tərkib hissəsidir.
Sonda çıxış edən Vətən müharibəsi qazisi Volodya Maverdiyev döyüş xatirələrindən danışaraq, Azərbaycan əsgərinin yüksək mənəvi-psixoloji hazırlığını, düşmən üzərində qazanılmış tarixi zəfərin necə əldə olunduğunu tədbir iştirakçıları ilə bölüşüb. O, hərbçilərə, qazilərə və şəhid ailələrinə göstərilən dəstəyə, yaradılan imkanlara görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda Azərbaycan Silahlı Qüvvələrinin yaranması, keçdiyi inkişaf yolu, Vətən müharibəsində qazanılan şanlı qələbəni əks etdirən film nümayiş etdirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-06-2025