Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyev Mingəçevirin şərəfli tarixinə daha bir önəmli səhifə yazdı”
Tarix: 29-06-2025 | Saat: 19:03
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-6 | çapa göndər

“Ölkə Prezidenti cənab İlham Əliyevin iyunun 24-də Mingəçevir şəhərində açılışını etdiyi “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi həqiqətən də daşıdığı böyük iqtisadi önəmi ilə yanaşı, həm də tarixi əhəmiyyət kəsb edən bir hadisədir. Məsələ bundadır ki, Mingəçevir şəhəri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və şəxsi səyləri nəticəsində artıq keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın energetika mərkəzi kimi çıxış etməyə başlamışdır. Möhtərəm dövlət başçımızın açılış mərasimində etdiyi çıxışında da qeyd olunduğu kimi, Ümummilli Liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur. Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir. Ondan sonra digər bloklar da istismara verilmiş və beləliklə, hələ sovet dönəmində bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdir. Bu gün cənab Prezident İlham Əliyev Mingəçevirin bu şərəfli tarixinə daha bir önəmli səhifə yazdı. 1880 meqavat gücündə olan “8 Noyabr” Elektrik Stansiyası ölkənin enerji potensialını daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da möhkəmləndirəcək.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Deputat fikirlərini davam etdirərək qeyd edib ki, “8 Noyabr” Stansiyasının istismara verilməsi həm də Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinə verdiyi növbəti dəyərli töhfə kimi qiymətləndirilməlidir: “Mingəçevirdə yeni, həm də ölkənin ən böyük Elektrik Stansiyasının açılışı buna səbəb olacaq ki, Azərbaycanın enerji sisteminin səmərəliliyi daha da yüksələcək, generasiya gücü artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək. Bu isə öz növbəsində təbii qaza qənaət etmək üçün əlavə imkanlar yaradacaq. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və daxildə təbii qaza nə qədər qənaət olunarsa, ölkənin ixrac imkanları da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması büdcəyə əlavə qazanc gətirəcək. Əlbəttə ki, Azərbaycan təbii qaza qənaət məqsədilə eyni zamanda, bərpaolunan enerji layihələrini hər zaman diqqət mərkəzində saxlayır. Hazırda ölkəmiz bu istiqamətdə də dünyada qabaqcıl dövlətlər sırasındadır. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər Azərbaycana 6500 meqavat yaşıl enerji verəcək. Nəzərə alsaq ki, bu gün ölkənin ümumi generasiya gücü 9000 meqavatdır, bu zaman yazıl enerji layihələrindən gözlənilən rəqəmin kifayət qədər yüksək olduğunu aydın görmək olar. Beləliklə, istər yeni elektrik stansiyasının açılışı ilə, istərsə də bərpaolunan enerji layihələrinin icrası ilə eyni zamanda bir neçə məqsəd təmin edilir. Bütün bu işlərin təməlində isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş siyasət dayanır” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-06-2025
27-06-2025
26-06-2025