Mobil versiya
Həyasız, insanlığa sığmayan açıqlamadır - Vitse-spikerdən Pyotr Tolstoya CAVAB
Tarix: 29-06-2025 | Saat: 19:24
Bölmə:Manşet / Siyasət | çapa göndər

Həyasız, insanlığa sığmayan açıqlamadır

Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Yeketenburqda baş verənlərlə bağlı danışıb. O, çıxışında azərbaycanlıların öldürülməsi barədə danışmayıb, sadəcə olaraq, hüquq-mühafizə orqanlarının qayda-qanun yaratdığını irəli sürüb. Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində OMON-çular tərəfindən soydaşlarımızın kütləvi şəkildə həbs edilib.İlkin məlumatlaa görə, 5 nəfər (Hüseyn Səfərov, Ziyəddin Səfərov, Ayaz Səfərov, Məzahir Səfərov və Kamal Səfərov) amansızcasına qətlə yetirilib.

Mətbata açıqlamasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, Rusiya Dumasının sədr müavini Pyotr Tolstoy Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinə uyğun olmayan, ümumiyyətlə insanlığa sığmayan açıqlama verib:

“Pyotr Tolstoyun həyasız, heç bir fakta, insanlığa, məntiqə sığmayan açıqlamasına münasibət bildirmək istəyirəm. Rusiya tərəfi belə hesab edir ki, 2001-ci ildə Yeketenburqda hansısa cinayət hadisəsi baş verib və bu cinayəti öldürülən azərbaycanlılar törədib. Sual yaranır ki, Rusiya hüquq-mühafizə orqanlarının yadına 24 il sonra düşdü ki, belə bir hadisə baş verib. Bu 24 ildə Rusiya hüquq-mühafizə orqanları haradaydı? Ortada belə bir cinayət əməli vardısa, indiyə kimi onu aça bilərdilər. Bu məsələnin bir tərəfidir. Digər yandan 5 nəfərin öldürülməsi ilə bağlı Pyotr Tolstoy heç bir söz demədi. Bu nə deməkdir? O, çıxışında yalnız etnik azərbaycanlıların guya hansısa cinayət əməlləri barədə danışır, etnik dözümsüzlüyü təbliğ edir. Əvvəla Rusiyanın özünün yalnız ruslardan ibarət olmadığını unutmaq olmaz. Orada çoxlu müsəlman xalqları yaşayır, çoxlu müsəlman subyektləri var. Danışanda fikirləşməlidir ki, o sözün arxasında nə durur? Etnik rus olmayan Rusiya vətəndaşlarına qarşı bu cür etnik dözümsüzlük nümayiş etdirmək olmaz. Pyotr Tolstoy Rusiya daxilində qayda-qanun yaratmaqdan danışır. Yaxşı, qayda-qanun yaradırsınızsa yaradın, buna heç kəs etiraz etmir. Amma nə üçün sizin yaratdığınız bu “qayda-qanun” etnik müsəlmanlara qarşıdır. Pyotr Tolstoy qeyd edir ki, öldürülən azərbaycanlılar Rusiya vətəndaşıdırlar və cinayətkarlığa qarşı mübarizə ölkənin daxili işidir. Almaniyada, Avropanın hər hansı ölkəsində yaşayan bu ölkələrin vətəndaşı olan etnik rusların burnu qanadıqsa Rusiya öz həmvətənlərinin incidildiyi, onlara qarşı tədbirlərin həyata keçirildiyini bəyan edir. Rusiya az qala dünyanı atom bombası ilə qorxudur. Halbuki həmin ruslar Avropa vətəndaşlarıdır. Necə olur ki, Rusiya xarici ölkə vətəndaşı olan rusları belə müdafiə edir, biz öz həmvətənlərimizi müdafiə edə bilmərik? Rusiyada qayda-qanun yaradılmasının əleyhinə deyilik. Amma bunu yalnız müsəlmanlara aid etməsinlər, ruslara da, rus mafiyasına da aid etsinlər”.



Vitse-spiker vurğulayıb ki, Tolstoyun çıxışı iki ölkə arasında münasibətlərə təsir edəcək:



“Hesab edirəm ki, Tolstoyun bu çıxışı iki ölkə arasındakı münasibətlərə ciddi problemlər yarada bilər. Bu, siyasətçiyə yaraşmayan, məsuliyyətsiz çıxışdır. Rusiya güc strukturlarının azərbaycanlılara qarşı törətdikləri vəhşilik aktını mən pisləyirəm. Burada heç bir qayda-qanun yaratmaqdan söhbət getmir. Məhz etnik müsəlmanlara, o cümlədən azərbaycanlılara qarşı vəhşilikdən söhbət gedir. Qayda-qanun yaratmaq, hər hansı cinayət əməlinin üstünü açmaq istəyirsənsə, bunun üçün cinayət-prosessual məcəlləsi var. Qayda-qanuna uyğun olaraq iş aparılmalıdır. Pyotr Tolstoy yalnız bir nəfərin ölümü haqda danışdı. O da deyir ki, bu adam çoxdan kimisə öldürüb. O deməli deyil bunu, istintaq müəyyən etməlidir ki, o, həqiqətən, cinayəti törədib, yoxsa yox. Sən indidən adamə məhkum hesab edirsən. Guya o gələndə ürəyi dözməyib ölüb. Bu nə deməkdir? Bu nə vəhşilik, nə qonşuluqdur? Çox təəssüf edirəm ki, Rusiyanın dövlət orqanlarında belə məsuliyyətsiz şəxslər otururlar və ağızlarının danışıqlarını bilmirlər. Belələrinin nə hüquqdan, nə də siyasətdən xəbərləri var. Bunların ümumiyyətlə, insanlıqdan xəbərləri yoxdur. Günün günorta vaxtı hücum edib, bir ailənin evinə soxulub insanları götürüb aparırlar, öldürürlər, hətta uşaqları da aparırlar. Özlərinə bəraət də qazandırırlar. Ötən il dekabrın 25-də təyyarəmizi Rusiya səmasında vurdular. İndiyə qədər təyyarə qəzasında suçu olanların heç biri məsuliyyətə cəlb olunmayıb? Soruşuram sizdən, Pyotr Tolstoy. Bu günə qədər təyyarə qəzasında əli olanların heç biri məsuliyyətə cəlb olunmayıb. Soruşuram səndən, Pyotr Tolstoy, niyə? Bəs deyirsən hüquq-mühafizə orqanları qayda-qanun yaradır. Necə yaradırsan? Bu vəhşiliyi bir daha qınayıram. Bunun adı vəhşilik, vandallıqdır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-06-2025