Mobil versiya
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində Mərakeş parlamentariləri ilə görüş keçirilib
Tarix: 04-07-2025 | Saat: 17:58
Bölmə:Parlament | çapa göndər

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində Mərakeş parlamentariləri ilə görüş keçirilib

İyulun 4-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. O, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qadınlara seçki hüququnun verilməsinin, eləcə də müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin məhz Azərbaycanda açılmasının bu sahədə atılmış mühüm tarixi addımlar olduğunu söyləyib. Komitə sədri vurğulayıb ki, bu gün də ölkəmizdə qadınların ictimai, siyasi və iqtisadi həyatda fəal iştirakı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Mərakeş Krallığı Nümayəndələr Palatasının tematik qrup sədrinin müavini Həsən Umribt ölkəmizə səfərləri çərçivəsində parlamentdə və digər müvafiq qurumlarda keçirilən görüşlərin səmərəli və məhsuldar olduğunu bildirib. O, Azərbaycan və Mərakeş arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu vurğulayıb.
Söhbətdə Mərakeş nümayəndə heyətinin üzvləri Turia Afifə və Xədduc Slassi çıxış edərək qadınların cəmiyyətdə rolunun artırılmasının əhəmiyyətindən danışıblar, bu sahədə hər iki ölkədə həyata keçirilən layihə və təşəbbüslərin cəmiyyətin inkişafına verdiyi töhfəni qeyd ediblər.

Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, üzvləri Günay Ağamalı, Sevinc Hüseynova, Səbinə Xasayeva, Pərvin Kərimzadə, Müşfiq Məmmədli, İlham Məmmədov, Könül Nurullayeva, Mehriban Vəliyeva və Mərakeş parlamentariləri iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-07-2025