Mobil versiya
Britaniya Ukraynanın döyüş qabiliyyətini qorumaq üçün təcili iclas keçirir
Tarix: 04-07-2025 | Saat: 22:19
Bölmə:Özəl | çapa göndər

Britaniya Ukraynanın döyüş qabiliyyətini qorumaq üçün təcili iclas keçirir
Amerikanın “Politico” nəşri yazır ki, Böyük Britaniya gələn həftə Ukraynaya kömək etmək istəyənlərin qondarma koalisiyasının iclasını keçirəcək.
Məqalədə qeyd edilir ki, görüşün təşəbbüskarları Paris və London olub, görüşün özü isə iyulun 10-na planlaşdırılıb.

“Gündəmdə Ukraynanın döyüş qabiliyyətinin necə saxlanılması məsələsidir”, - nəşr yazır.
Bundan əlavə, amerikalı jurnalistlərin fikrincə, görüşdə Avropa liderləri Rusiyaya təzyiqləri necə artırmağı və növbəti addımlar üzərində işi davam etdirməyi müzakirə edəcəklər.

“Politico” daha əvvəl məlumat vermişdi ki, ABŞ-ın Ukraynaya silah və sursat tədarükünün ləngiməsi münaqişənin gedişinə ciddi təsir göstərə bilər. Bu gün Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla telefonda Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi imkanlarını müzakirə etdiyini bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-07-2025