Mobil versiya
Qrossi: Almaniya bir neçə ay ərzində nüvə silahı əldə edə bilər
Tarix: 09-07-2025 | Saat: 13:36
Bölmə:Özəl | çapa göndər

Qrossi: Almaniya bir neçə ay ərzində nüvə silahı əldə edə bilər
MAQATE-nin baş direktoru Rafael Grossi deyib ki, Almaniya ən qısa müddətdə nüvə silahı yaratmaq üçün lazım olan hər şeyə malikdir.
O, bu barədə Polşanın “Rzeczpospolita” nəşrinə müsahibəsində bildirib.

"Bu, bir neçə ay məsələsi ola bilər. Almanların bunun üçün lazım olan nüvə materialı var, onlar bunu necə edəcəyini bilirlər", - Qrossi deyib.

O, bunun hipotetik ssenari olduğunu vurğulayıb və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) əməl etməyin vacibliyini xatırladıb.

"Beynəlxalq münasibətlərdə heç bir dövlət, xüsusən də güclü dövlət altruizmi rəhbər tutmur. O, öz maraqlarından çıxış edir", - MAQATE rəhbəri əlavə edib.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merz ABŞ-la nüvə sahəsində tərəfdaşlığın saxlanmasının tərəfdarı olduğunu, lakin ümumavropa nüvə müdafiə sisteminin formalaşdırılması ilə bağlı müzakirələrə hazır olduğunu bildirmişdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2025