Mobil versiya
Şəki-Oğuz yolunda qəza - Ana və övladı xəsarət aldı
Tarix: 09-07-2025 | Saat: 16:27
Bölmə:Ölkə | çapa göndər

Şəki-Oğuz yolunda qəza -

Şəki-Oğuz avtomobil yolunda qəza baş verib. Hadisə avtomobil yolunun Oğuz rayonunun Oraban kəndindən keçən hissəsində qeydə alınıb.

aia.az xəbər verir ki, Oğuz rayon sakini 43 yaşlı Sarvan İmamverdiyevin idarə etdiyi “VAZ-21012” avtomobili ilə 58 yaşlı Rəşid Umarovun idarə etdiyi “Toyota” markalı maşın toqquşub. İlkin məlumata görə, qəza nəticəsində “VAZ-21012”də olan iki sərnişin - sürücü Sarvan İmamverdiyevin həyat yoldaşı 37 yaşlı Könül İmamverdiya və övladı 12 yaşlı Ayan İmamverdili xəsarət alıblar.

Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yol-nəqliyyat hadisəsinin təfərrüatları araşdırılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2025