Mobil versiya
Səttar Möhbalıyev Şahbuzun Badamlı qəsəbəsində seçicilərlə görüşüb -Fotolar
Tarix: 09-07-2025 | Saat: 16:55
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Səttar Möhbalıyev Şahbuzun Badamlı qəsəbəsində seçicilərlə görüşüb

Milli Məclisin deputatı Səttar Möhbalıyev 9 iyul 2025-ci il tarixində Şahbuz rayonundan olan seçicilərlə görüşlərini davam etdirir.

aia.az xəbər verir ki, deputatın növbəti görüşü rayonun Badamlı qəsəbəsində baş tutub.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Səttar Möhbalıyev sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətlərin bəzilərini elə yerindəcə həll edib, bəzi məsələlər isə qeydə alınıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını və təxirəsalınmaz tədbirlərin görüləcəyini bildirib. Həmçinin sakinlər qəsəbədə xeyir-şər evinin tikintisində onlara köməklik göstərilməsilə bağlı S.Möhbalıyevə müraciət ediblər. Millət vəkili bu məsələni də yerindəcə həll edib.

Deputat Səttar Möhbalıyev keçirdiyi görüşdə iştirak edən Badamlı qəsəbəsinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri görüşdən məmnunluqlarını ifadə ediblər, ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Naxçıvanın Şahbuz rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdən sonra Badamlı qəsəbəsindən olan şəhid əsgər Tağıyev Səbuhi Gündüz oğlunun və şəhid Salahov Ceyhun Həmi oğlunun qəbirlərini ziyarət ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2025