Mobil versiya
“Xalq” və “Respublika” birləşdi, “Bakinski raboçi” yenidən quruldu - SƏRƏNCAM
Tarix: 11-07-2025 | Saat: 11:47
Bölmə:Manşet / Media | çapa göndər

“Xalq” və “Respublika” birləşdi, “Bakinski raboçi” yenidən quruldu -

Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi.

aia.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır.

Bundan başqa sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-07-2025