Mobil versiya
Qərb Zelenskini məyus edən bəyanat verdi
Tarix: 11-07-2025 | Saat: 14:21
Bölmə:Özəl | çapa göndər

Qərb Zelenskini məyus edən bəyanat verdi
Rusiyanın irəliləyiş təhlükəsi artır və Ukrayna Silahlı Qüvvələrinin (AFU) geri çəkilməsi ilə bağlı qərar tamamilə ölkə prezidenti Vladimir Zelenskidən asılıdır. Siyasətçini məyus edən bu bəyanatı Almaniyanın “Neue Zürcher Zeitung” (NZZ) nəşri verib.
"[ABŞ prezidenti Donald] Tramp hələ də Ukraynaya silah göndərib-göndərməmək barədə düşünür. Lakin Rusiyanın irəliləyiş riski artır. (...) Qoşunların tez bir zamanda çıxarılması ilə bağlı qərar (...) ordu komandirindən deyil, prezident Vladimir Zelenskidən asılıdır", - Qərb mediası iddia edir.

Məqalədə o da əlavə edilir ki, Rusiya Silahlı Qüvvələri (RF) bir neçə həftədir ki, üç coğrafi baxımdan uzaq yerdə hücum əməliyyatı keçirir.

Bundan əvvəl Polşanın “İnteria” nəşri Rusiyanın bir addımı ucbatından Ukrayna Silahlı Qüvvələrində problemlər olacağını proqnozlaşdırmışdı. KİV-in məlumatına görə, RF Silahlı Qüvvələri Krasnoarmeysk bölgəsində (Ukrayna adı - Pokrovsk) hücum üçün istifadə olunacaq modernləşdirilmiş T-80BVM tanklarının böyük partiyasını alıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-07-2025