Mobil versiya
COVID-19 beyin qocalmasını sürətləndirir
Tarix: 23-07-2025 | Saat: 10:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

COVID-19 beyin qocalmasını sürətləndirir

Nottingham Universitetinin (İngiltərə) alimlərinin fikrincə, COVID-19-a yoluxmamısınızsa belə, pandemiya beyninizə təsir göstərmiş ola bilər.

aia.az xəbər verir ki, "Nature Communications" jurnalında dərc olunan araşdırmada elm adamları İngiltərənin Biobank layihəsinin məlumatlarından istifadə edərək pandemiyadan əvvəl və sonra 1000-ə yaxın sağlam yetkin insanın MRT müayinəsini təhlil ediblər.

Təhlillərdən istifadə edərək, onlar iştirakçıların "beyin yaşını" - beyinlərinin həqiqi yaşlarından nə qədər "yaşlı" və ya "cavan" olduğunu müəyyən ediblər.

Nəticələr göstərir ki, təcrid, stress və qeyri-sabitlik şəraitində yaşayan insanların beyinləri pandemiyadan əvvəl skan edilənlərə nisbətən daha tez qocalır.

Dəyişikliklər xüsusilə yaşlı insanlarda, kişilərdə və sosial çətinliklərlə üzləşənlərdə nəzərə çarpırıb.

Alimlər araşdırmaların davam etdiyini açıqlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-07-2025