III Şuşa Qlobal Media Forumu: regional güc mərkəzi olan Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaşdır
Tarix: 23-07-2025 | Saat: 16:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

Şuşada keçirilən III Qlobal Media Forumu müasir informasiya mühitinin çağırışlarına və texnoloji transformasiyaların təsirlərinə dair qlobal diskussiyaların mərkəzinə çevrilib. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən tədbir Azərbaycanın beynəlxalq mövqeyi və diplomatik nüfuzunun artmasını nümayiş etdirir. 52 ölkədən 140-a yaxın xarici qonağın qatıldığı Forum ölkəmizin qlobal media və informasiya təhlükəsizliyi sahəsində təşəbbüskar ölkə kimi çıxış etdiyini göstərir.
Prezident İlham Əliyev Forum çərçivəsində çıxışında müasir dövrdə dövlətlərin etibarlı informasiya siyasəti yürütməsinin əhəmiyyətini vurğulayıb. İnformasiya sahəsində düzgünlük, şəffaflıq və vətəndaşlarla açıq dialoq – bu üç prinsip dövlət etibarının qorumasında təməl meyarlardır.
Forumda diqqət çəkən məq1amlardan biri də enerji təhlükəsizliyi və Azərbaycanın bu sahədəki qlobal rolu ilə bağlı olub. Bu faktor Azərbaycanın yalnız region üçün deyil, Avropa və bütövlükdə Avrasiya üçün etibarlı enerji təchizatçısı olduğunu sübut edir. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, onların 10-u Avropa ölkəsidir və 8-i Avropa İttifaqının üzvüdür. Avropa İttifaqı Azərbaycanı “ümum-Avropa qaz təchizatçısı” adlandırır və ölkəmizin bu sahədəki kommersiya əsaslı, siyasiləşdirilməmiş siyasəti yüksək dəyərləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa İttifaqı ilə əməkdaşlığa gəldikdə, 2021-ci ildə energetika sahəsində strateji tərəfdaşlıq haqqında sənəd imzaladıq və o zaman biz ixracımızı 8 milyarddan 13 milyard kubmetrə qaldırdıq. 2030-cu ilə qədər Azərbaycanın qaz ixracı həcminin daha 8 milyard kubmetr artırılması nəzərdə tutulur.
Ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri Azərbaycanın qlobal iqlim siyasətindəki yerini gücləndirib. Bu tədbir Azərbaycanın yaşıl enerji keçidinə nə dərəcədə ciddi önəm verdiyini göstərir. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər 6 giqavat bərpaolunan enerji istehsal etməyi planlaşdırır. Qarabağ və Şərqi Zəngəzurda artıq 30 su elektrik stansiyası istismara verilib. Bununla yanaşı, Xəzər və Qara dənizlər üzərindən keçən enerji kabelləri vasitəsilə Avropaya yaşıl enerji ixracı ölkəmizi regionda enerji paylayıcı mərkəzə çevirir.
Prezident İlham Əliyevin çıxışında qlobal siyasətə dair səsləndirdiyi fikirlər ölkəmizin yeni reallıqların formalaşdırılmasında lider rol oynadığını bir daha təsdiqləyir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və suverenliyini tam təmin etməsi həm də diplomatik uzaqgörənlik və siyasi iradə ilə əldə olunub. Bu reallıqlar beynəlxalq hüquq və ədalətin bərpasına yönəlmiş məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan heç vaxt təslim olmayıb və ərazi bütövlüyü məsələsində qətiyyətli mövqeyindən geri çəkilməyib. Yeni geosiyasi şərtlər fonunda ölkəmizin mövqeyi regionun və qlobal güclərin diqqət mərkəzində qalmaqda davam edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim beynəlxalq hüquqa əsaslanan arqumentlərimiz – BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnaməsi, Minsk qrupunun həmsədrlərinin bu qətnamələrə səs vermələri – bunların hamısı reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar fonunda cavabsız qalırdı. Biz də qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız. Elə də oldu. Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq. Onlar bununla barışmağa məcbur oldular. Daha sonra 2023-cü ilin sentyabrında bir gün ərzində. Bununla da barışmağa məcbur oldular”.
Bununla yanaşı, dövlətimizin Orta Dəhliz üzərindən qitələrarası yük daşımalarını artırması onu mühüm logistika və nəqliyyat qovşağına çevirir. Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu üzrə yük axınlarının ildən-ilə artması ölkəmizin bu sahədəki investisiya və infrastruktur imkanlarını da göstərir.
Nəticə etibarilə, III Şuşa Qlobal Media Forumu təkcə media gündəmi deyil, Azərbaycanın beynəlxalq siyasət, enerji təhlükəsizliyi və yaşıl keçid üzrə vizyonunu dünyaya çatdırmaq baxımından da mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin çıxışı göstərir ki, ölkəmiz qlobal siyasətdə sabitlik, ədalətli və etibarlı tərəfdaşlıq nümunəsidir.
Asif Əsgərov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər