İran 2-3 həftə ərzində MAQATE-dən texniki nümayəndə heyəti qəbul etməyə razılaşıb
Tarix: 23-07-2025 | Saat: 19:10
Bölmə:Özəl | çapa göndər

İran nüvə öhdəliklərinin icrasını müzakirə etmək üçün yaxın iki-üç həftə ərzində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) texniki nümayəndə heyətini qəbul etməyə razılaşıb.
Bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib.
"Dəyişən şəraitdə iş üsullarını müəyyən etmək üçün agentliklə yeni müzakirələr lazımdır", - diplomat izah edib.
O qeyd edib ki, ekspertlərin səfəri prosedur məsələlərinin razılaşdırılmasına imkan verəcək.
İyulun 22-də İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib ki, İran MAQATE ilə əməkdaşlığı davam etdirir və agentlik müfəttişlərinin gələcəkdə ölkəyə qayıda biləcəyini istisna etmir.
Həmin gün Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov MAQATE-nin direktoru Rafael Qrossi ilə İran və Ukrayna ilə bağlı məsələləri müzakirə edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər