Mobil versiya
Bolqarıstan Türkiyə vətəndaşları üçün viza rejimini yüngülləşdirib
Tarix: 23-07-2025 | Saat: 17:25
Bölmə:Özəl | çapa göndər

Bolqarıstan Türkiyə vətəndaşları üçün viza rejimini yüngülləşdirib
Bolqarıstanın turizm naziri Miroslav Borşoş Bolqarıstan hökumətinin Türkiyə vətəndaşları üçün viza tələblərini yüngülləşdirdiyini və viza müddətinin uzadıldığını açıqlayıb.
Borşoş hökumətin növbəti iclasından sonra yayımlanan videomüraciətdə, "15 iyul tarixindən etibarən Türkiyə vətəndaşlarına turist vizalarının verilməsi ilə bağlı yeni tənzimləmənin tətbiq olunduğunu elan etməkdən məmnunam" dedi.
Yeni siyasətlə bağlı məlumat verən Borşoş, "Bu o deməkdir ki, 3 aylıq və 6 aylıq vizalara əlavə olaraq 1 illik, 3 illik və 5 illik vizalar da verilə bilər".

Borşoş uzun müddətli viza almaq üçün əvvəlki vizalarda heç bir pozuntunun olmaması lazım olduğunu izah edib və belə davam edib:

"Bu yeni siyasət viza verilməsini tamamilə sadələşdirəcək bir inkişafdır. Türkiyə ilə viza qaydaları bizim üçün xüsusilə turizm sektorunda son dərəcə əhəmiyyətlidir. Bu viza qaydalarının yüngülləşdirilməsi viza və ölkədə qalma müddəti ilə bağlı daha asan və daha sürətli tənzimləmələrə imkan verəcək ki, bu da xüsusilə turizm sektorunda əlaqələrimizi asanlaşdıracaq".

Nazir Borşoş həmçinin qeyd edib ki, 2025-ci ilin ilk yarısında Bolqarıstana gələn türk turistlərin ümumi sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 60 faiz artıb.

"Bu, təsir edici bir artımdır" dedi Borşoş. "Turizmimiz üçün mühüm əhəmiyyət kəsb edən Türkiyədən gələn turistlərin sayına baxdıqda əlaqələrimizin əhəmiyyətli bir templə inkişaf etdiyini görürük. İllərdir can atdığımız bir şey artıq reallığa çevrilib".

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-07-2025