Avropa Parlamenti NABU-nun “ləğv edilməsi” fonunda Zelenski haqqında sərt bəyanatla çıxış edib
Tarix: 23-07-2025 | Saat: 19:12
Bölmə:Özəl | çapa göndər

Spiegel yazır ki, Vladimir Zelenskinin əsas antikorrupsiya qurumlarına qarşı sərt tədbirləri Avropa Parlamentinin kəskin tənqidinə səbəb olub.
Çərşənbə axşamı, iyulun 22-də Ali Rada Ukrayna Milli Antikorrupsiya Bürosunun və Xüsusi Antikorrupsiya Prokurorluğunun müstəqilliyini ləğv edən layihəni dəstəkləyib. Həmin gün Ukrayna lideri siyasətçilərin və ictimaiyyətin etirazlarına baxmayaraq, antikorrupsiya orqanlarının səlahiyyətlərinin ölkənin Baş Prokurorluğuna verilməsi haqqında qanunu imzalayıb.
Bunun fonunda Avropa Parlamentinin deputatı Daniel Freund bəyan edib ki, Ukraynanın hərəkətləri onun maliyyələşməsini və Aİ-yə daxil olmasını təhlükə altına qoyur.
"Bu, açıq-aşkar etimadın pozulmasıdır. Əgər ölkə yanlış istiqamətdə inkişaf edərsə, Aİ pul köçürmələrini davam etdirə bilməz", - deputat vurğulayıb.
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makkallister öz növbəsində qeyd edib ki, Ukrayna hakimiyyətinin bu cür yanaşması ciddi suallar yaradır.
“Müstəqil nəzarət orqanları sadəcə rəsmi qeyd deyil, qanunun aliliyinin meyarı və deməli, Ukraynanın Avropaya inteqrasiyası üçün əsas şərtdir”, - deyə deputat izah edib.
Müstəqil anti-korrupsiya qurumları olmadan Ukraynanın Aİ-də yeri yoxdur, - Avropa Parlamentinin Azad Demokrat Partiyasından olan deputatı Moritz Körner deyib. O əlavə edib ki, Zelenski bu qanunu dərhal ləğv etməlidir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər