Eltun Süleymanov : "Azərbaycan anti-Azərbaycan ritorikanın davam etməsi halında münasibətlərə yenidən baxa, o cümlədən mədəni mübadilə sahəsində simmetrik addımlar ata bilər"
Tarix: 02-08-2025 | Saat: 10:37
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Son günlər Rusiya Federasiyasının rəsmilərinin və media qurumlarının Azərbaycan Respublikasının suverenliyi ilə bağlı məsələlərə yanaşması, iki ölkə arasındakı münasibətlər kontekstində yeni diskussiyalara səbəb olub. Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Xankəndi şəhərindəki İvan Ayvazovski büstünün sökülməsi ilə bağlı verdiyi açıqlama və ardınca TASS informasiya agentliyinin bu şəhəri “Stepanakert” olaraq adlandırması Azərbaycan ictimaiyyətində və rəsmi dairələrdə haqlı narahatlıqlar doğurub.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, əvvəlcə vurğulamaq lazımdır ki, sözügedən büst Azərbaycan Respublikasının suveren ərazisində, Rusiya sülhməramlı kontingenti tərəfindən, Azərbaycan tərəfinin razılığı olmadan yerləşdirilmişdi. Bu fakt beynəlxalq hüququn və ikitərəfli razılaşmaların pozulması kimi qiymətləndirilə bilər. Dövlətlərin suverenlik prinsipi və ərazi bütövlüyü istər BMT Nizamnaməsində, istər Helsinki Yekun Aktında, istərsə də Rusiya-Azərbaycan münasibətlərinə dair hüquqi sənədlərdə açıq şəkildə təsbit olunub. Buna görə də Azərbaycan hökumətinin həmin büstü sökməsi, hər hansı düşmənçiliyin deyil, yalnız dövlət suverenliyinin bərpası və qanunsuzluğun aradan qaldırılması məqsədi daşıyır. Bu addım hüquqi baxımdan əsaslandırılmış və daxili qanunvericiliyə uyğun atılmış qərardır. Bu qərarın “rus mədəniyyətinə qarşı” yönəldilməsi iddiaları həqiqəti əks etdirmir və siyasi spekulyasiya xarakteri daşıyır. Azərbaycan mədəniyyətə və mədəni müxtəlifliyə həmişə yüksək dəyər verib. Ölkədə rus dilində təhsil müəssisələri, rus teatrı və rusdilli mətbuat fəaliyyət göstərməkdədir. Bu, Azərbaycanın multikultural və dözümlü cəmiyyət modelinə verdiyi önəmin göstəricisidir. Müqayisə üçün, Rusiyada Azərbaycan dilində məktəblərin və mədəniyyət ocaqlarının mövcud olmaması, əslində iki ölkə arasındakı mədəni münasibətlərdə balansın pozulduğunu göstərir. Bununla belə, Azərbaycan tərəfi bu məsələyə siyasi ritorika ilə deyil, qarşılıqlı anlaşma çərçivəsində yanaşmaqdadır. İkinci mübahisəli məqam TASS informasiya agentliyinin Xankəndi şəhərini “Stepanakert” adlandırması ilə bağlıdır. Bu yanaşma yalnız texniki yanlışlıq deyil, eyni zamanda simvolik dəyəri olan bir məsələdir. Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmasına baxmayaraq, separatçı rejimin terminologiyasının dövlət agentliyi səviyyəsində istifadə olunması qeyri-dost jest kimi qəbul edilir. Tarixən bu şəhər Xankəndi adlandırılmış, yalnız 1923-cü ildə Sovet dönəminin siyasi qərarı ilə Stepan Şaumyanın adına “Stepanakert” kimi dəyişdirilmişdir. Bu dəyişiklik Azərbaycanın iradəsi və razılığı olmadan baş vermiş, sovet imperiya siyasətinin nəticəsi olmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu adda heç bir inzibati və hüquqi status tanımamış, şəhərin rəsmi adı Xankəndi olaraq qəbul edilmişdir. TASS agentliyinin bu adı istifadə etməsi, bilavasitə Azərbaycanın suverenliyinə və rəsmi toponimlərinə hörmətsizlik kimi qiymətləndirilə bilər. Bu, yalnız diplomatik zəriflik pozuntusu deyil, həm də Rusiya mətbuatının obyektivlik prinsiplərinə xələl gətirən fakt kimi nəzərdən keçirilməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin verdiyi cavab nəinki mövcud vəziyyətin diplomatik təhlilidir, eyni zamanda iki ölkə arasında münasibətlərin gələcəyi üçün mühüm siqnaldır. Bu cavab açıq şəkildə bildirir ki, Azərbaycan anti-Azərbaycan ritorikanın davam etməsi halında münasibətlərə yenidən baxa, o cümlədən mədəni mübadilə sahəsində simmetrik addımlar ata bilər. Eyni zamanda Azərbaycan tərəfi TASS agentliyindən üzr və korrektə gözlədiyini bildirmişdir. Əks təqdirdə, Azərbaycanın informasiya təhlükəsizliyi və milli maraqları baxımından bu media orqanının fəaliyyətinə qarşı müvafiq hüquqi və inzibati tədbirlərin görülməsi istisna edilmir. Belə bir ssenari isə uzunmüddətli perspektivdə Rusiya-Azərbaycan münasibətlərinin ictimai rəy və media müstəvisində daha da gərginləşməsinə yol aça bilər. Hadisələrin fonunda Azərbaycanın əsas məqsədi aydındır: suverenlik, ərazi bütövlüyü və milli dəyərlərin qorunması. Rusiya tərəfinin bu məsələlərə həssas və balanslı yanaşması iki ölkə arasındakı strateji əməkdaşlığın qorunması üçün zəruridir. Əks təqdirdə, Azərbaycanın dövlət maraqları naminə atacağı qarşılıqlı addımlar qaçılmaz olacaqdır. Azərbaycan hər zaman qarşılıqlı hörmətə əsaslanan münasibətlərdən yana olub və bu prinsipin gələcəkdə də qorunacağına ümid edir-deyə E. Süleymanov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-08-2025
01-08-2025