Mobil versiya
Azərbaycan ərazisində kiməsə abidənin qoyulub-qoyulmaması qərarını yalnız Azərbaycan dövləti və xalqı verə bilər - DEPUTAT
Tarix: 02-08-2025 | Saat: 10:42
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan ərazisində kiməsə abidənin qoyulub-qoyulmaması qərarını yalnız Azərbaycan dövləti və xalqı verə bilər

Azərbaycana və onun əzəli torpağı olan Qarabağa heç bir aidiyyəti olmayan erməni əsilli rəssam Hovanes Ayvazyanın (İvan Ayvazovski) 2021-ci ildə Xankəndi şəhərində qanunsuz quraşdırılımış büstünün qanuni şəkildə demontaj edilməsi Rusiya Dövlət Dumasının bir sıra deputatlarını yenə anti-Azərbaycan bəyanatlar səsləndirməyə, necə deyərlər, “vadar” edib.

Baş verən hadisənin “çaşqınlıq” yaratdığı şəxslərdən biri də Dumanın Əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin sədri Yaroslav Nilovdur. O, müsahibəsində nədənsə abidənin götürülməsini siyasiləşdirərək Rusiya-Azərbaycan ikitərəfli münasibətlərində olan müəyyən fikir ayrılıqlarına bağlayır və məsələni keçmiş SSRİ ölkələrinin bəzilərində abidələrə qarşı mübarizə kimi qələmə verərək, “qalib oldularmı?” şəklində ritorik sual verir.

Deputat Nilova və onun kimi düşünənlərə xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının suveren ərazisində, istər Qarabağ və ya ölkəmizin digər bölgəsində kiməsə abidənin qoyulub-qoyulmaması qərarını yalnız Azərbaycan dövləti və xalqı verə bilər.

Bu yanaşma bölgəyə heç bir aidiyyəti olmayan və ya ora heç vaxt səfər belə etməmiş, XIX əsr rus rəssamı kimi təqdim edilən Hovanes Ayvazyanın abidəsi üçün də istisna deyil.

Ramid Namazov,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə