Mobil versiya
İspaniya sağlamlıq, iqtisadiyyat və biomüxtəlifliyə təsir edən 141 iqlim riski ilə üzləşir
Tarix: 14-10-2025 | Saat: 20:07
Bölmə:Özəl | çapa göndər

İspaniya sağlamlıq, iqtisadiyyat və biomüxtəlifliyə təsir edən 141 iqlim riski ilə üzləşir
İspaniya hökuməti tərəfindən dərc edilən hesabatda ölkənin iqlim dəyişikliyinə görə sağlamlıq, iqtisadiyyat və biomüxtəliflik kimi bir çox sahəni təsir edən 141 risklə üzləşdiyi bildirilir.
İspaniyanın Ekoloji Keçid və Demoqrafik Çağırış naziri Sara Aagen İspaniyanın Cadena Ser Radiosunda proqram zamanı hökumətin “İspaniyada İqlim Dəyişikliyinin Riskləri və Təsirlərinin Qiymətləndirilməsi (ERICC-2025)” hesabatının nəticələrini paylaşıb.

Hesabatda ölkənin sağlamlıq, iqtisadiyyat və biomüxtəliflik kimi 14 fərqli sahəni əhatə edən iqlim dəyişikliyi səbəbindən ümumilikdə 141 risklə üzləşdiyi və bu risklərin bir-biri ilə sıx bağlı olduğu bildirilib.

2050-ci ilə qədər temperaturun 2-3 dərəcə, 2100-cü ilə qədər isə 5-6 dərəcə yüksəlməsinin gözlənildiyi qeyd edilən hesabatda 2100-cü ilə qədər havanın temperaturunun artması ilə əlaqədar dəniz səviyyəsinin 50-60 santimetr yüksələcəyi də proqnozlaşdırılıb.

Hesabatda Aralıq dənizi hövzəsində meşə yanğınları riskinin yüzdə 30-a qədər arta biləcəyi, yanğın mövsümlərinin daha uzun sürə biləcəyi və daha intensiv yanğınların baş verə biləcəyi qeyd edilib.

Hesabatda qeyd edilib ki, 141 riskdən 17-si təcili tədbirlər görülməsə, daimi ziyana səbəb ola bilər. Buna misal olaraq biomüxtəlifliyin itirilməsi, dəniz səviyyəsinin qalxması və eroziya nəticəsində torpaq itkisi daxildir.

Nazir Aagen ölkənin daha şiddətli və uzun sürən isti dalğaları, quraqlıq və leysan yağışları yaşadığına diqqət çəkərək, "ən ekstremal iqlim ssenarilərinin" artıq reallaşdığını bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2025