Atəşkəs razılaşmasına baxmayaraq, İsrailin Qəzzada Rəfah sərhəd qapısını açmayacağı açıqlanıb
Tarix: 14-10-2025 | Saat: 20:24
Bölmə:Özəl | çapa göndər

İsrail mediası İsrailin HƏMAS ilə atəşkəs razılaşmasına baxmayaraq, Misir üzərindən Qəzza zolağına keçidi təmin edən Rəfah sərhəd keçid məntəqəsini sabah açmayacağını bildirib.
“The Times of Israel” qəzeti Qəzzada atəşkəs razılaşmasına uyğun olaraq sabah açılmalı olan Rəfah sərhəd-keçid məntəqəsinin İsrail tərəfindən bağlı qalacağını bildirib.
İsrailin Rəfah sərhəd keçid məntəqəsinin açılmamasına səbəb kimi HƏMAS-ın əlində olan bütün ölən israilli məhbusların cəsədlərinin geri qaytarılmasının gecikməsini göstərdiyi açıqlanıb.
İsrailli məhbusların geri qaytarılması cəsədlərin yeri bilinmədiyi üçün gecikdirilib və İsrailin buna cavab olaraq Rəfah Sərhəd keçid məntəqəsini açmayaraq HƏMAS-a "sanksiya tətbiq etdiyi" bildirilir.
Qeyd edilib ki, İsrail də bu sanksiyalar çərçivəsində Qəzzaya yardımı məhdudlaşdıracaq.
HƏMAS məhbus mübadiləsi çərçivəsində Qəzza zolağında 4 israilli məhbusun cəsədini Qırmızı Xaç təşkilatına təhvil verib.
İsrailin Qəzzaya iki ildir davam edən soyqırım hücumları və İsrail ordusunun Qəzzanın bəzi hissələrini işğal altında saxlaması ilə əlaqədar olaraq, HƏMAS-ın bütün cəsədləri tapmasını təmin etmək üçün Türkiyə, Qətər, Misir və ABŞ-dan nümayəndələrdən ibarət bir komitə yaradılıb.
Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi razılaşması
ABŞ prezidenti Donald Tramp oktyabrın 9-da Misirdə davam edən danışıqlarda İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb.
Müqavilə danışıqların aparıldığı Misirdə imzalanıb və İsrail hökumətinin təsdiqi ilə oktyabrın 10-da qüvvəyə minib.
İsrail ordusunun müqavilədə nəzərdə tutulduğu kimi "Sarı xətt"dən çəkilməsindən sonra Qəzza zolağında atəşkəsin həmin gün günorta saatlarında qüvvəyə mindiyi açıqlanıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-10-2025