Mobil versiya
Ramiz Quliyev vəfat etdi
Tarix: 15-10-2025 | Saat: 10:20
Bölmə:Karusel / Ölkə | çapa göndər

Ramiz Quliyev vəfat etdi

Xalq artisti tarzən Ramiz Quliyev vəfat edib.

aia.az xəbər verir ki, bu barədə onun oğlu Əyyub Quluyev Report-a məlumat verib.

Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.

Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

1988-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

O, 2007-ci ildə "Şöhrət", 2017-ci ildə isə "Şərəf" ordeni ilə təltif olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2025