Mobil versiya
Fransada quldurluq hadisəsi baş verən Luvr Muzeyi qapılarını yenidən ziyarətçilərin üzünə açıb
Tarix: 22-10-2025 | Saat: 12:08
Bölmə:Özəl | çapa göndər

Fransada quldurluq hadisəsi baş verən Luvr Muzeyi qapılarını yenidən ziyarətçilərin üzünə açıb

Fransanın paytaxtı Parisdə oğurluq hadisəsi baş verən dünyaca məşhur Luvr muzeyi qapılarını yenidən ziyarətçilərin üzünə açıb.
Milli KİV-in məlumatına görə, Luvr Muzeyinə gələnlər oktyabrın 19-da oğruların doqquz tarixi əsəri oğurladıqları, sonradan birinin zədələnmiş halda tapıldığı soyğunçuluq hadisəsindən üç gün sonra yenidən başlayıb.


Bu arada muzey rəhbərliyi quldurluğun hədəfi olan Apollon Qalereyasının növbəti xəbərdarlığa qədər bağlanacağını açıqlayıb.

Tarixi əsərlər oğurlanıb
Parisdə hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35 min əsərin nümayiş olunduğu dünyaca məşhur Luvr Muzeyi oktyabrın 19-u səhər saatlarında qarət edilib.

Tac zinət əşyalarının nümayiş olunduğu Apollon Qalereyasından doqquz qiymətsiz artefakt oğurlanıb. III Napoleonun arvadı olan İmperator Yevgeninin tacının oğrular qaçarkən itirdiyi güman edilirdi. Oğurluq yeddi dəqiqə davam edib, dörd oğru 8 ədəd qiymətli tarixi zinət əşyası ilə qaçıb.

Hesablama Məhkəməsinin hazırladığı ilkin hesabatda bildirilirdi ki, muzeyin təhlükəsizlik standartlarına cavab verən texniki avadanlıqlarla təmin olunmasında “davamlı” və “əhəmiyyətli” gecikmələr olub, təhlükəsizlik zəifliyi yaranıb.

Oğurlanan əsərlərin dəyəri 88 milyon avro dəyərində qiymətləndirilir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-10-2025