“Son 30 ildə dövlətimizin büdcəsi 50 dəfə artıb" - Nazir müavini
Tarix: 22-10-2025 | Saat: 12:19
Bölmə:İqtisadiyyat | çapa göndər

“Son 30 ildə dövlətimizin büdcəsi təxminən 50 dəfə artıb. Bu, çox maraqlı rəqəmdir. 2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyatı 3.8 dəfə, o cümlədən qeyri-neft sektoru 3.7 dəfə artıb. 2003-cü ildə yoxsulluq səviyyəsi 44,7%, işsizlik səviyyəsi 9.2% təşkil etdiyi halda, 2024-cü ildə həm yoxsulluq, həm də işsizlik səviyyəsi 5.3%-ə düşüb".
aia.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
"2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyatına 344.4 milyard dollar sərmayə qoyulub. Onun da 213.2 milyard dolları qeyri-neft sektoruna yönəldilib. Bu investisiyalar Azərbaycana xarici investorların, beynəlxalq tərəfdaşların etimadının və ölkədəki sabitliyin göstəricidir”, - deyə nazir müavini bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-10-2025