Vətən sevgisi
Tarix: 24-10-2025 | Saat: 12:12
Bölmə:Siyasət | çapa göndər

2020-ci ilin oktyabrın 25-də Azərbaycan Ordusunun Qubadlını və onun kəndlərini işğaldan azad etməsi Şərqi Zəngəzurun azadlığı istiqamətində böyük tarixi dönüş nöqtəsi oldu. Beş il əvvəl həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza bu qələbə xəbərini belə çatdırmışdı: Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Bu müjdə Vətən müharibəsinin 29-cu günündə xalqımıza bəxş edilən ən böyük Zəfər xəbərlərindən biri idi. Qubadlı əməliyyatı yalnız bir şəhərin azad olunması ilə məhdudlaşmadı, həm də düşmənin mühüm strateji mövqelərinin sıradan çıxarılması və Laçın dəhlizinə nəzarətin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıdı. Cəbrayıl və Zəngilan istiqamətlərində aparılan uğurlu əməliyyatlar Qubadlıya doğru irəliləməyə şərait yaratmışdı. Azərbaycan Ordusunun bölmələri Yazı düzü istiqamətindən hücum edərək düşmənin 21 səngərini ələ keçirdilər və şəhərlə birlikdə ətraf kəndlərdə nəzarəti bərpa etdilər. Oktyabrın 23-də Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı, Zilanlı kəndləri, iki gün sonra isə Qubadlı şəhəri, Çaytumas, Əfəndilər, Mollabürhan, Sarıyataq, Yusifbəyli, Padar və Xanlıq kəndləri işğaldan azad olundu. Ən ağır döyüşlər Yazı düzü yüksəkliyində baş vermişdi. Prezident İlham Əliyev bu əməliyyatın strateji əhəmiyyətini belə ifadə etmişdi: Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu.
Qubadlının azadlığı Şuşaya aparan qələbə yolunun ən önəmli mərhələsi kimi tarixə düşdü. Azadlıqdan sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə bu torpaqlara səfərlər ediblər. Hər səfər Qubadlının bərpa və inkişaf tarixində yeni bir səhifə açıb. 2021-ci il oktyabrın 25-də – Qubadlının azad edilməsinin ildönümündə dövlət başçısı və Birinci xanım rayon ictimaiyyəti ilə görüşdülər. Həmin səfər zamanı Prezident İlham Əliyev Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrindən Qubadlı şəhərinə gedən Xanlıq–Qubadlı yolunun təməlini qoydu, “AzərEnerji”nin 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etdi. Bu hadisə Qubadlının bərpa planlarının başlanğıcı, yeni dövrün təməli oldu. 2022-ci il oktyabrın 19-da Prezident Qubadlı şəhərinin Baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydu, “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələrini təqdim etdi. Eyni zamanda “Azərişıq” ASC-nin 35 kV-luq yarımstansiyasının və Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməli atıldı. Bu layihələr rayonun gələcək enerji təminatının və iqtisadi inkişafının əsasını qoydu. 2023-cü il mayın 4-də Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın və 600 şagird yerlik məktəbin təməlini qoydu. Həmin səfər zamanı Xınalıq, Mahruzlu və Zilanlı kəndlərinin bərpasına da start verildi. Birinci mərhələdə Xınalıqda 356, Mahruzluda 145, Zilanlıda isə 159 fərdi evin tikintisi nəzərdə tutuldu. Bu səfərlər Qubadlının yeni həyatının başlanğıcı kimi tarixə düşdü. Prezident İlham Əliyevin bu torpaqlarda söylədiyi sözlər isə xalqın milli qürurunun və gələcəyə inamının təcəssümü idi: Qubadlıya həyat qayıdır. Qubadlı bərpa olunur. Biz bu torpaqlarda əbədi yaşayacağıq!
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 oktyabrın “Qubadlı Şəhəri Günü” kimi qeyd olunması bu torpaqların dövlət yaddaşında əbədi yaşayacağının rəsmi göstəricisidir. Bu gün Qubadlıda tikilən hər bina, çəkilən hər yol, ucaldılan hər abidə mübarizənin, qürurun və yenidən doğuluşun simvoludur. Burada həyat yenidən canlanır, Böyük Qayıdışın ruhu hər qarış torpaqda hiss olunur. Qubadlı bu gün azadlıq uğrunda canını qurban verənlərin xatirəsi, yurduna dönənlərin sevinc səsi və gələcək nəsillərin ümididir.
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının mühasibi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər