Mobil versiya
Şanlı Zəfərimiz-əbədi qürurumuz -Fotolar
Tarix: 26-10-2025 | Saat: 21:20
Bölmə:Özəl | çapa göndər

Şanlı Zəfərimiz-əbədi qürurumuz

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərsləri nin “Şanlı Zəfərimiz-əbədi qürurumuz” mövzusunda növbəti məşğələ keçirilib.

aia.az xəbər verir ki, məşğələdə çıxış edən YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər müasir Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun yenilməzliyini bir daha sübut edib. Rayon təşkilatının sədr müavini bildirib ki, belə məşğələlər böyüməkdə olan gənc nəslin milli ruhda tərbiyə olunması, dövlətçilik ideyalarına sədaqət və vətənpərvərlik duyğularının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Qusar Rayon prokurorunun köməkçisi Gülçöhrə Kərimzadə, Suvacal kənd tam orta məktəbin direktoru Şəfiqə Qiyasova və digər natiqlər 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Zəfərdən, Azərbaycan bayrağının təsis olunma tarixindən, eləcə də Konstitusiyamızın dövlətin əsas qanunu kimi əhəmiyyətindən bəhs edərək, Konstitusiyamızın bölmələri və əsas müddəaları barədə iştirakçılara geniş məlumat veriblər.
Diskussiya şəraitində baş tutan tədbirdə gənclərin qeyd olunan mövzularla bağlı sualları cavablandırılıb. II Qarabağ müharibəsinin iştirakçısı olmuş qazilər keçdikləri döyüş yolu barədə şagirdlərə ətraflı məlumat veriblər.

Məşğələ çərçivəsində iştirakçılar rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsində “Ulu Öndər Heydər Əliyev və Qusarlılar” katalogundan Ümummilli lider Heydər Əliyevin hərbçilərlə olan fotoeksponatları ilə tanış olub.

Sonda məşğələ iştirakçılarına Hadrut şəhərinin düşmən işğalından azad olunması əməliyyatından bəhs edən "Hadrut" filmi nümayiş olunub.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə