Zelenski Ukraynanın dron istehsalından DANIŞDI
Tarix: 28-10-2025 | Saat: 12:45
Bölmə:Dünya | çapa göndər

Ukrayna gündə 500–800 ədəd dron istehsalına başlamağı və döyüş avioparktını 250 yeni döyüş təyyarəsi ilə gücləndirməyi planlaşdırır.
aia.az “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.
“Ölkə ilin sonunadək bütün əsas müqavilələri imzalayaraq gündə 500–800 ədəd dron istehsalına başlamağı planlaşdırır”, - ölkə başçısı qeyd edib.
Zelenski həmçinin Ukraynanın döyüş avioparkını 250 yeni döyüş təyyarəsi ilə gücləndirmək niyyətində olduğunu açıqlayıb. Prezident qeyd edib ki, ABŞ, İsveç və Fransaya F-16, Rafale və Qripen təyyarələrinin tədarükü ilə bağlı danışıqlar aparılır.
Prezident xüsusilə İsveçin Qripen təyyarələrini prioritet hesab edib. Onun sözlərinə görə, bu təyyarələr xidmət və texniki baxımdan ən sərfəlidir və mövcud Qərb silah sistemlərinə sürətli inteqrasiya üçün əlverişlidir.
Zelenski əlavə edib ki, Ukrayna artıq İsveç ilə 150 yeni tam silahlanmış təyyarənin istehsalının ölkə ərazisində lokalizasiyası üzrə müqaviləni imzalamaq üzrə razılığa gəlib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-10-2025