Azər Kərimli: “Vətən müharibəsi dövründə cənab Prezident İlham Əliyevin çevik diplomatiyası sayəsində informasiya cəbhəsində də üstünlük tam təmin olunmuşdu”
Tarix: 01-11-2025 | Saat: 12:42
Bölmə:Manşet / Siyasət | çapa göndər

“8 Noyabr — Zəfər Günü, Azərbaycan xalqının dövlətçilik tarixində ən şanlı səhifələrdən biridir. Bu gün təkcə torpaqlarımızın azad edilməsinin deyil, həm də milli ruhun, ədalətin və ləyaqətin bərpasının rəmzidir. Otuz ilə yaxın davam edən işğal, məcburi köçkünlük, beynəlxalq ədalətsizlik və utancverici sükut illərindən sonra 2020-ci ilin payızında Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Bu Qələbə yalnız hərbi gücün deyil, xalqın iradəsinin, liderin uzaqgörən siyasətinin və dövlətin sistemli hazırlığının nəticəsi idi.”
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.
Millət vəkili xüsusi olaraq belə bir vacib məqamı da vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət xətti 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edən ən mühüm amillərdən oldu: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət quruculuğu xətti yeni dövrdə cənab Prezident İlham Əliyev tərəfindən gücləndirildi və təkmilləşdirildi. Ordu quruculuğu, diplomatik təşəbbüslər və milli həmrəylik ölkəmizi Zəfərə apardı. Dövlət başçısının “dəmir yumruq” ifadəsi həm orduya, həm də xalqa mənəvi güc verdi. Müharibənin hər günü cənab Prezidentin qətiyyətli çıxışları, informasiya müharibəsində qazandığımız üstünlük və beynəlxalq diplomatiyada nümayiş olunan prinsipial mövqe xalqın inamını daha da artırdı. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, müharibə dövründə arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, indiyədək görünməmiş birlik və həmrəylik nümayiş etdirdilər. Bu milli həmrəyliyin nəticəsi də möhtəşəm oldu. Torpaqlarımız düşməndən təmizləndi, 30 illik işğala son qoyuldu və nəhayət 2023-cü ilin sentyabr ayında ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Birmənalı olaraq demək lzımdır ki, Azərbaycanda milli birlik və siyasi həmrəylik mühitinin formalaşmasına birbaşa cənab Prezident İlham Əliyevin bu istiqamətdə atdığı düşünülmüş addımlar, həyata keçirdiyi əsaslı islahatlar sayəsində nail olunmuşdur. Məhz bu mühit dövlətimizin gücünü artırmış, imkanlarını genişləndirmişdir.”
Fikirlərini davam etdirən A.Kərimli daha sonra qeyd edib ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində Azərbaycan eyni zamanda ona qarşı siyasi-diplomatik müstəvidə də açılmış savaşda vuruşurdu. Deputatın sözlərinə görə ön cəbhədə döyüşən əsgərin arxasında bütöv xalq dayandığı kimi, informasiya cəbhəsində də cənab Prezidentin çevik diplomatiyası sayəsində üstünlük tam təmin olunmuşdu: “Vətən müharibəsi dövründə ölkəmizə qarşı aparılan siyasi-diplomatik savaşın əsas hücumları məxsusi olaraq informasiya cəbhəsində təşkil olunurdu. Lakin cənab Prezident İlham Əliyev hərbi əməliyyatların davam etdiyi bütün dövr ərzində, davamlı olaraq dünyanın aparıcı informasiya agentliklərinə verdiyi müsahibələrində bu hücumları məharətlə dəf etdi və əsil Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasına, erməni yalanlarının ifşasına nail oldu. Məhz belə bir məqamda da dünya ictimaiyyətinin ölkəmizdə həm vətəndaş cəmiyyətində, həm də siyasi qüvvələr arasında birlik və həmrəyliyi müşahidə edə bilməsi sözsüz ki, Azərbaycanın mövqelərini daha da möhkəmlətmiş oldu. Hərbi-siyasi rəhbərliyin yüksək səviyyədə əlaqələndirilməsi nəticəsində Azərbaycan Ordusu düşmənin uzun illər möhkəmləndirdiyi istehkam sistemini qısa zamanda darmadağın etdi. 8 Noyabrda Şuşanın azad olunması ilə Zəfərimizin zirvəsi yazıldı – bu, həm də xalqın mənəvi dirçəlişinin simvoluna çevrildi. Bu gün Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin beşinci ildönümünü böyük coşqu ilə qeyd edir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi bu möhtəşəm Zəfərlə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Qələbədən sonrakı dövrdə də dövlət başçısının uzaqgörən siyasəti sayəsində Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, “Böyük Qayıdış” proqramının icrası və müasir infrastruktur layihələri qazanılmış Qələbənin möhkəmləndirilməsinə xidmət edir. Bu gün azad edilmiş torpaqlarda yeni həyat bərqərar olur, xalqımız doğma yurdlarına qayıdır, dövlətimiz isə regionda sülhün və sabitliyin təminatçısı kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin “Biz Qələbəni döyüş meydanında qazandıq, onu sülh və inkişafla davam etdiririk” fikri bu siyasətin mahiyyətini ifadə edir” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2025
31-10-2025
17:17 Fədayə Laçına cin girdi