Mobil versiya
Ərdoğanın Azərbaycana səfər proqramı AÇIQLANDI
Tarix: 07-11-2025 | Saat: 16:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğanın Azərbaycana səfər proqramı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Türkiyə lideri 8 noyabr Zəfər Günü münasibətilə Bakıda keçiriləcək tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək:

"Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimdə iştirak edəcək Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal məsələlər barədə görüşlər keçirməsi də nəzərdə tutulur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2025