Azərbaycan Xalqının azadlıq İradəsi
Tarix: 19-01-2026 | Saat: 10:13
Bölmə:Ölkə | çapa göndər

20 Yanvar 1990-cı il hadisələri Azərbaycan xalqının müasir tarixində təkcə faciə deyil, həm də milli şüurun, azadlıq ideologiyasının və dövlətçilik təfəkkürünün formalaşmasında həlledici mərhələdir. Qanlı Yanvar xalqımızın onilliklər boyu sovet totalitarizmi altında boğulan milli iradəsinin silahlı gücə qarşı mənəvi qələbəsi, ləyaqət və şərəf uğrunda ayağa qalxmasının tarixi ifadəsidir. Bu hadisə Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla yanaşı, müstəqil dövlətimizin ideoloji əsaslarını formalaşdıran amillərdən biri kimi çıxış etmişdir. 1980-ci illərin sonlarında SSRİ məkanında baş verən siyasi proseslər, imperiya mərkəzinin zəifləməsi və milli respublikalarda azadlıq ideyalarının güclənməsi Azərbaycanda da geniş vüsət almışdı. Xüsusilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, azərbaycanlıların tarixi torpaqlarından zorla deportasiyası və Dağlıq Qarabağ münaqişəsinin alovlandırılması xalqın səbr kasasını daşırmışdı. 20 Yanvar hadisələri məhz bu ziddiyyətlərin kulminasiya nöqtəsi oldu. Sovet rəhbərliyi milli azadlıq hərəkatını siyasi dialoq yolu ilə həll etmək əvəzinə, Bakıya ağır silahlarla təchiz olunmuş qoşun hissələri yeritdi. Dinc əhaliyə qarşı tətbiq edilən zorakılıq, fövqəladə vəziyyətin gizli saxlanılması və kütləvi qırğınlar bir daha sübut etdi ki, sovet sistemi öz varlığını yalnız zor gücünə qorumağa çalışırdı. Lakin bu dəfə nəticə əksinə oldu: xalq qorxmadı, geri çəkilmədi və müstəqillik yolunda daha da möhkəmləndi. Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi. Faciədən sonra xalqın düşüncəsində mühüm psixoloji dönüş baş verdi: azərbaycanlılar özlərini sovet sisteminin tərkib hissəsi deyil, müstəqil gələcəyə sahib xalq kimi dərk etməyə başladılar. Azadlıq ideyası artıq romantik arzu deyil, real siyasi məqsədə çevrildi. 20 Yanvar şəhidləri milli kimliyin simvoluna çevrildi. Onların qanı azadlıq yolunda verilmiş müqəddəs qurban kimi xalqın yaddaşına həkk olundu. Bu hadisə milli həmrəyliyi gücləndirdi, ictimai-siyasi parçalanmaların fövqündə dayanan ümummilli birliyi formalaşdırdı. Xalq anladı ki, yalnız birgə mübarizə və milli ləyaqət hissi onu əsarətdən qurtara bilər. 20 Yanvar hadisələri dünya azərbaycanlılarının təşkilatlanması prosesində də mühüm rol oynadı. Qanlı Yanvar xəbərləri xarici ölkələrdə yaşayan soydaşlarımız arasında dərin sarsıntı yaratdı və onları milli məsuliyyət hissi ətrafında birləşdirdi. İlk dəfə olaraq dünya azərbaycanlıları öz xalqına qarşı törədilmiş cinayəti beynəlxalq ictimaiyyətə çatdırmaq üçün təşkilatlanmağa başladılar. Bu proses sonrakı illərdə güclü Azərbaycan diasporunun formalaşmasına zəmin yaratdı. Milli faciənin tanıdılması, tarixi həqiqətlərin müdafiəsi və Azərbaycanın maraqlarının beynəlxalq müstəvidə qorunması diaspor fəaliyyətinin əsas istiqamətlərinə çevrildi. Beləliklə, 20 Yanvar hadisələri yalnız ölkə daxilində deyil, qlobal miqyasda da milli şüurun oyanışına səbəb oldu. 20 Yanvar faciəsinin əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində tam şəkildə açıqlanmışdır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən siyasi-hüquqi qərarlar bu faciəni Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi tarixə həkk etdi. Bu, təkcə hüquqi sənəd deyil, həm də milli ədalətin bərpası idi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən işlər – Şəhidlər Xiyabanının dövlətçilik rəmzinə çevrilməsi, “Əbədi məşəl” abidə kompleksinin ucaldılması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi – dövlətin öz tarixinə və şəhidlərinə verdiyi ali dəyərin göstəricisidir. Dövlət yaddaşı formalaşdırıldı və bu yaddaş gələcək nəsillərə ötürülən milli irsin ayrılmaz hissəsinə çevrildi. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl dövlət siyasəti 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiramın və onların ailələrinə qayğının davamlılığını təmin etmişdir. Şəhid ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi dövlətin sosial ədalət prinsipinə sadiqliyinin bariz nümunəsidir. Təqaüdlərin mütəmadi artırılması, mənzil və avtomobillə təminat, reabilitasiya xidmətlərinin təşkili bu insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bu yanaşma göstərir ki, şəhidlərə ehtiram yalnız simvolik mərasimlərlə məhdudlaşmır, real sosial siyasətlə möhkəmləndirilir. 20 Yanvar hadisələrinin tarixi mənası bu gün müstəqil və suveren Azərbaycanın nailiyyətləri fonunda daha aydın görünür. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası sübut etdi ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı. Onların azadlıq arzuları gerçəyə çevrildi. Bu gün işğaldan azad edilmiş torpaqlarda dalğalanan üçrəngli Bayraq, sürətlə həyata keçirilən quruculuq və Böyük Qayıdış Proqramı 20 Yanvarın milli yaddaşımızda yalnız hüzn deyil, həm də qürur və iftixar günü kimi yaşadılmasını təmin edir. Beləliklə, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm ən ağrılı, həm də ən şərəfli səhifələrdən biridir. Bu hadisə milli kimliyimizin formalaşmasına, dövlətçilik şüurumuzun möhkəmlənməsinə və müstəqillik yolumuzun dönməzliyinə möhür vurmuşdur. Qanlı Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, onların fədakarlığı gələcək nəsillərə azadlıq və vətənpərvərlik dərsi olaraq ötürüləcəkdir.
Milli Məclisin deputatı
Şahin Seyidzadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2026
12:18 Dəm qazı yenə CAN ALDI