Adəm İsmayıl Bakuvi: “20 Yanvar hadisələri nəticəsində sovet imperiyası Azərbaycanda özünün bütün mənəvi və siyasi dayaqlarını itirdi”
Tarix: 19-01-2026 | Saat: 12:42
Bölmə:Gündəm | çapa göndər

“20 Yanvar faciəsi Sovet hakimiyyətinin Azərbaycana qarşı həyata keçirdiyi açıq xəyanətin və siyasi-hüquqi əxlaqsızlığın zirvə nöqtəsi oldu. Keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün SSRİ rəhbərliyi Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Fövqəladə vəziyyət elan edilmədən, əhali xəbərdar olunmadan Bakıya yeridilən qoşun hissələri dinc insanlara qarşı ağır texnika və avtomatik silahlardan istifadə etdi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın tələbləri bilərəkdən pozuldu, şəhər hərbi əməliyyat zonasına çevrildi. Tanklar insanların üzərinə sürüldü, küçələrdə qan töküldü, yaralılara kömək etmək istəyənlər belə atəşə tutuldu. Sovet dövləti bu addımı ilə öz vətəndaşına qarşı cinayət törətdiyini açıq şəkildə nümayiş etdirdi və hüquqi dövlət görüntüsünü tamamilə itirdi. Bu, sadəcə güc tətbiqi deyildi, bu, qorxu yaratmaq məqsədi daşıyan planlı terror idi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.
Fikirlərini davam etdirən partiya sədri bildirib ki, 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və siyasi dayaqlarını itirdi: “Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, kommunist partiyasının üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər. 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Məhz belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin sərgilədiyi mövqe xalqın vicdanı və siyasi iradəsi kimi tarixə düşdü. 1990-cı il yanvarın 21-də Sovet rejiminin bütün qadağalarına rəğmən, özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ulu Öndərin bu çıxışı Sovet rəhbərliyinə qarşı açıq siyasi ittiham aktı idi. O, susmaq yolunu seçmədi, risklərdən çəkinmədi və imperiyanın qorxu mexanizmini sındıraraq həqiqəti söylədi. Daha sonra Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Möhtərəm dövlət başçımızın təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Cənab Prezidentin “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. 20 Yanvar faciəsi ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan Azərbaycan xalqının tarixində şərəfli bir səhifədir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2026
12:18 Dəm qazı yenə CAN ALDI