Kərim Vəliyev Qətərdə səfərdədir
Tarix: 19-01-2026 | Saat: 14:23
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında iştirak edir.
Bu barədə aia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 9-cu Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında ("DIMDEX 2026") iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
Dəniz təhlükəsizliyi və müdafiə sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma hesab olunan "DIMDEX 2026" sərgisinin rəsmi açılış mərasimindən sonra general-polkovnik K.Vəliyev və digər ölkələrdən olan rəsmi nümayəndə heyətləri sərgi pavilyonlarında yerləşən stendlərə baxış keçiriblər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2026