Mobil versiya
Bakıda 20 Yanvar günü qar yağacaq
Tarix: 19-01-2026 | Saat: 12:54
Bölmə:Ölkə | çapa göndər

Bakıda 20 Yanvar günü qar yağacaq


Bakıda və Abşeron yarımadasında yanvrın 20-də havanın soyuq və arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, nisbətən yüksək ərazilərdə isə qara keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, mülayim şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 13-18 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-01-2026