Mobil versiya
Ukrayna üzrə nizamlanma yekun mərhələyə keçdi - Vitkoff
Tarix: 22-01-2026 | Saat: 12:08
Bölmə:Dünya | çapa göndər

Ukrayna üzrə nizamlanma yekun mərhələyə keçdi -

Ukrayna üzrə sülh prosesi artıq yekun mərhələyə keçib və danışıqlar hazırda yalnız bir əsas məsələnin həlli üzərində cəmləşib.

aia.az xəbər verir ki, bu bəyanatı ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Davos Dünya İqtisadi Forumunda panel müzakirəsində deyib.

Uitkoff bildirib ki, tərəflər bu məsələ ilə bağlı bir neçə variantı müzakirə ediblər və bu da problemin həll edilə bilən olduğunu göstərir.

“Əgər hər iki tərəf səmimi şəkildə bu problemi həll etmək istəyirsə, o zaman bu mütləq baş verəcək”, – o vurğulayıb.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi, həmçinin, bu gün axşam Moskvaya səfər edəcəyini təsdiqləyib. Onun sözlərinə görə, Moskva səfərindən sonra Əbu-Dabiyə yollanacaq və burada Ukrayna üzrə işçi qrupları səviyyəsində təmaslar keçiriləcək.

Uitkoff qeyd edib ki, ABŞ Ukrayna münaqişəsinin uğurla nizamlanmasında qətiyyətlidir və bu istiqamətdə diplomatik səylər davam etdiriləcək./APA 

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2026