Davosdakı müsahibə dövlət ağlı, siyasi iradə və qlobal məsuliyyət idi
Tarix: 22-01-2026 | Saat: 13:06
Bölmə:Siyasət | çapa göndər

Tarixin dönüş nöqtələrində xalqların taleyini hadisələr yox, hadisələri doğru oxuyan liderlər müəyyən edir. Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə də məhz belə bir liderliyin siyasi ifadəsi, qlobal miqyasda səslənən müdrik və məsuliyyətli dövlət mövqeyidir. Bu müsahibə təkcə Azərbaycanın deyil, dəyişən dünyanın gələcəyinə dair sərrast baxışın, dövlət ağlının və siyasi iradənin nümayişidir. Cənab Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər beynəlxalq münasibətlər sisteminə ünvanlanmış açıq və cəsarətli diaqnozdur. Dövlət başçısı artıq heç kimin etiraf etməkdən çəkinmədiyi, lakin yüksək tribunalardan səsləndirilməyən həqiqəti açıq dillə ifadə etdi: “Bu gün beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir.” Bu sözlər sadəcə siyasi müşahidə deyil, qlobal sistemin mənəvi və hüquqi böhranının təsviridir. Cənab Prezident İlham Əliyev göstərdi ki, Azərbaycan bu xaotik mühitdə tərəddüd etməyib, milli maraqlara söykənən, lakin beynəlxalq hüquqa hörmət edən yol seçib. Məhz bu yol Azərbaycanı zəiflərin taleyini yaşayan ölkədən güclülərin sırasında söz sahibi olan dövlətə çevirib.
“Strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etmək idi.” Bu strateji xətt Azərbaycanın müasir tarixinin əsas dayağıdır. Cənab Prezident İlham Əliyevin liderliyinin əsas üstünlüklərindən biri qələbəni intiqama yox, sülhə çevirmək bacarığıdır. Cənubi Qafqazda formalaşan yeni reallıqlar bunu bir daha sübut edir. Dövlət başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də təsadüfi deyil. Bu, Azərbaycan liderinin regionda sülhü bərqərar etmək istiqamətində göstərdiyi ardıcıl səylərin beynəlxalq miqyasda qəbul edilməsidir. “Mən bu mükafatı Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.” Otuz ildən artıq münaqişə, qan və göz yaşı görmüş bir regionun sülh mərhələsinə daxil olması tarix üçün nadir hadisədir. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ilk dəfə olaraq sülh şəraitində yaşamağın real imkanlarını əldə edib. “Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik.” Bu cümlənin arxasında həm qürur, həm də böyük məsuliyyət dayanır.
Cnab Prezident İlham Əliyevin müsahibəsində regional təhlükəsizlik məsələlərinə yanaşması bir daha göstərdi ki, Azərbaycan təkcə öz sərhədlərini yox, bütövlükdə regionun sabitliyini düşünən dövlətdir. İran ətrafında baş verən proseslərə münasibətdə səslənən fikirlər siyasi təmkinin və məsuliyyətin ifadəsidir: “Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir.” Müharibənin acılarını yaşamış bir liderin dilindən səslənən bu sözlər sülhün nə qədər qiymətli olduğunu təsdiqləyən siyasi etirafdır. Cənab Prezident İlham Əliyevin Davosdan verdiyi mesajlarda Azərbaycanın enerji siyasəti xüsusi yer tutur. Bu siyasət təkcə iqtisadi deyil, geosiyasi əhəmiyyət daşıyır. Dövlət başçısı konkret faktlarla Azərbaycanın Avropa üçün əvəzolunmaz tərəfdaş olduğunu xatırlatdı: “Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür.” Bu rəqəmlər Azərbaycanın sözün əsl mənasında enerji təhlükəsizliyinin dayaqlarından birinə çevrildiyini göstərir. Müasir infrastruktur, sabit təchizat və etibarlı siyasi xətt Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Cənab Prezident İlham Əliyevin Avropa Parlamentinin tənqidlərinə münasibəti isə güclü dövlətin ən sərrast cavabıdır: “Biz artıq buna reaksiya vermirik.” Bu bir cümlə diplomatik pafosdan uzaq, lakin siyasi baxımdan son dərəcə ağır mesajdır. Bu, Azərbaycanın artıq özünü sübut etməyə ehtiyac duymadığını, müstəqil siyasətini heç bir təzyiqə qurban verməyəcəyini göstərir.
Cənab Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə müasir liderliyin, dövlət məsuliyyətinin və milli ləyaqətin parlaq nümunəsidir. Bu müsahibə göstərdi ki, Azərbaycan dəyişən dünyanın dalğalarında istiqamətini itirməyən, öz yolunu özü müəyyən edən dövlətdir. Bu gün Davosdan səslənən səs Bakının siyasi iradəsidir. Bu iradə sülhə aparır, sabitliyə xidmət edir və Azərbaycanın adını qlobal siyasətin etibarlı, sözünün çəkisi olan dövlətləri sırasında daha da ucaldır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2026