Milli Məclisin Gənclər və idman komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib -Foto
Tarix: 22-01-2026 | Saat: 15:08
Bölmə:Siyasət | çapa göndər

Yanvarın 22-də Milli Məclisin Gənclər və idman komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclası açan komitə sədri Şahin İsmayılov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Komitə sədri diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə iki məsələ - komitənin 2025-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi daxil edilib.
Şahin İsmayılov komitənin ötən sessiyada gördüyü işlər barədə hesabatı ilə bağlı məlumat verərkən 2025-ci ildə ölkə həyatının əlamətdar hadisələrini və uğurlarını xüsusi vurğulayıb. O, bildirib ki, möhtərəm Prezident tərəfindən müəyyən edilmiş strateji xəttə uyğun olaraq il ərzində parlamentin fəaliyyəti milli dövlətçiliyimizin konstitusiya əsaslarının daha da möhkəmləndirilməsinə, qanunvericilik bazasının və hüquq sisteminin ardıcıl şəkildə təkmilləşdirilməsinə istiqamətlənib.
Komitə sədri diqqətə çatdırıb ki, hesabat dövründə Gənclər və idman komitəsinin 10 iclası keçirilərək,11 məsələyə baxılıb. Qeyd olunub ki, ötən payız sessiyası dövründə komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə daxil olan 89 müraciətlə bağlı müvafiq tədbirlər görülüb.
Bildirilib ki, komitə üzvləri ictimai dinləmələrdə və digər tədbirlərdə fəal iştirak ediblər. Hesabat dövründə komitə sədri və üzvləri seçicilərlə, cəmiyyətin həssas qrupları, şəhid ailələri və qazilərlə, yarışlarda uğur qazanmış idmançılarla görüşüblər, onların qayğıları ilə maraqlanıblar.
Diqqətə çatdırılıb ki, Gənclər və idman komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsində isə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, gənclərin və idmanın aktual məsələləri ilə bağlı dinləmələrin, görüşlərin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.
İclasda komitə üzvləri Asif Əsgərov, Vüqar İskəndərov, Müşfiq Cəfərov, Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Mahir Süleymanlı, Eyvaz Qurbanov, Səbinə Xasayeva çıxış ediblər, müzakirə olunan məsələlərlə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.
İclasda deputat Anar Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2026