Mobil versiya
Tehrandan sərt mesaj – İsraillə əməkdaşlıq edənlərə ağır cəzalar və əmlak müsadirəsi xəbərdarlığı
Tarix: 22-04-2026 | Saat: 11:00
Bölmə:Özəl | çapa göndər



İran parlamentinin üzvü Həsən Əli Əxlaqi Amiri ölkəyə qarşı “düşmənlə əməkdaşlıq” edən şəxslərə qarşı sərt tədbirlərin görüləcəyini açıqlayıb.

O bildirib ki, İsrail və digər “düşmən dövlətlərlə” əməkdaşlıq edən və İranın milli maraqlarına zərər vuran şəxslər vətəndaşlıq hüququndan məhrum edilə və əmlakları müsadirə oluna bilər.

Deputatın sözlərinə görə, bu cür fəaliyyətlər artıq “bağışlanmaz xəyanət” kimi qiymətləndirilir və hüquqi nəticələri ağır olacaq.

Açıqlama ölkə daxilində təhlükəsizlik və siyasi gərginliyin artdığı bir dövrdə səslənib. Ekspertlər isə bu bəyanatları həm daxili nəzarətin gücləndirilməsi, həm də müxalif mövqelərə qarşı təzyiq mesajı kimi dəyərləndirirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2026