Trampdan İrana sərt mesaj: “Artıq mehriban oğlan yoxdur!”
Tarix: 29-04-2026 | Saat: 16:00
Bölmə:Özəl | çapa göndər
ABŞ prezidenti Donald Tramp İranla bağlı yenidən sərt açıqlama verib. O, “Truth Social” hesabında Tehranın nüvə sazişi mövzusunda qeyri-müəyyən mövqe sərgilədiyini bildirib və İran rəhbərliyini tənqid edib.
Tramp yazıb ki, İran “özünü toparlaya bilmir” və nüvə razılaşması ilə bağlı aydın qərar verə bilmir. O, Tehrana çağırış edərək “tez ağıllanmağın” vacibliyini vurğulayıb.
Paylaşımın ən çox diqqət çəkən hissəsi isə onun sonda istifadə etdiyi ifadə olub: “Artıq mehriban oğlan yoxdur!”
Sosial şəbəkələrdə yayılan bu mesaj Trampın ritorikasının daha da sərtləşdiyi kimi qiymətləndirilir. Paylaşımla birlikdə yayılan vizualda onun silahla təsvir olunması və arxa fonda partlayış səhnələrinin yer alması isə müzakirələri daha da artırıb.
Analitiklər hesab edir ki, bu cür açıqlamalar ABŞ–İran münasibətlərində gərginliyi daha da dərinləşdirə və diplomatik danışıqlara əlavə təzyiq yarada bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-04-2026