Mobil versiya
Kraldan Trampa dolayısı xəbərdarlıq: mesajların arxasında gizli tənqid
Tarix: 29-04-2026 | Saat: 17:00
Bölmə:Özəl | çapa göndər



Böyük Britaniya kralı III Çarlzın ABŞ Konqresindəki çıxışı beynəlxalq mediada geniş müzakirə olunub. CNN analitiki Stiven Robinsonun yazısına görə, kralın nitqi zahirən diplomatik olsa da, altında ABŞ-ın hazırkı siyasi kursuna yönəlmiş incə mesajlar yer alıb.

Çarlz çıxışında birbaşa tənqidə yol verməsə də, hüququn aliliyi, demokratik institutların qorunması, müttəfiqlik münasibətləri və qlobal əməkdaşlıq kimi mövzuları ön plana çıxarıb. O, həmçinin Ukraynaya dəstəyin vacibliyini vurğulayıb və iqlim dəyişikliyi ilə mübarizəyə diqqət çəkib.

Analitiklərin diqqətini çəkən əsas məqamlardan biri kralın ABŞ-ın beynəlxalq rolu ilə bağlı dediyi sözlər olub: “ABŞ-nin sözləri əhəmiyyətlidir, amma hərəkətləri daha da önəmlidir.” Bu ifadə Vaşinqtona yönəlmiş dolayı xəbərdarlıq kimi dəyərləndirilir.

Məqalədə qeyd olunur ki, çıxış Böyük Britaniya ilə ABŞ arasında “xüsusi münasibətlər”in qorunması mesajını daşısa da, eyni zamanda Tramp administrasiyasının bəzi siyasətlərinə — xüsusilə daxili siyasi gərginliklər və institutların zəifləməsi iddialarına — dolayı tənqid kimi oxunur.

Ekspertlərin fikrincə, kralın mövqeyi diplomatik sərhədləri aşmadan siyasi mesaj vermək nümunəsidir və bu da onun çıxışını daha diqqətçəkən edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2026