Mobil versiya
Pezeşkian müharibədən zərər çəkmiş bölgələr üçün geniş bərpa planı verdi – təcili göstərişlər
Tarix: 30-04-2026 | Saat: 10:00
Bölmə:Özəl | çapa göndər



İran prezidenti Məsud Pezeşkian müharibə və gərginlikdən zərər çəkmiş bölgələrdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi barədə göstəriş verib.

Dövlət televiziyasının məlumatına görə, prezident qubernatorlara verilmiş səlahiyyətlərdən maksimum istifadə etməyi və bərpa prosesində bürokratik əngəllərin aradan qaldırılmasını tələb edib.

Pezeşkian bu məqsədlə Hörmüzqan, Buşəhr, İsfahan və Qum vilayətlərinin rəhbərləri ilə ayrıca görüşlər keçirib və bölgələrdə vəziyyətin operativ şəkildə normallaşdırılması üçün planların hazırlanmasını tapşırıb.

Bundan əlavə, dövlət başçısı resursların səfərbər olunması, idarəetmənin sadələşdirilməsi və zərərçəkən əhaliyə ünvanlı sosial dəstək paketlərinin tətbiqi ilə bağlı da konkret göstərişlər verib.

Rəsmi Tehran bu addımları regionlarda sabitliyin bərpası və iqtisadi fəaliyyətin yenidən canlandırılması istiqamətində mühüm mərhələ kimi qiymətləndirir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2026