Çin Aİ-yə xəbərdarlıq etdi: yeni sənaye qanunu dəyişməsə, cavab addımları gələcək
Tarix: 30-04-2026 | Saat: 11:00
Bölmə:Özəl | çapa göndər
Avropa İttifaqının sənaye və strateji sektorları əhatə edən yeni “Avropada istehsal olunub” qanunu Çin tərəfindən ciddi narazılıqla qarşılanıb və Pekin Brüsselə sərt xəbərdarlıq edib.
Layihə avtomobil sənayesi, yaşıl enerji, polad və alüminium kimi əsas sahələrdə Avropa istehsalına üstünlük verilməsini, xarici investisiyalara isə ciddi məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Xüsusilə 100 milyon avrodan yuxarı investisiyaların xüsusi nəzarətə alınması və böyük bazar payına sahib xarici şirkətlərə əlavə şərtlərin qoyulması diqqət çəkir.
Çin tərəfi bu qaydaların qəbul ediləcəyi halda bunu diskriminasiya kimi qiymətləndirərək Aİ-yə sənədin ya ləğvini, ya da ciddi şəkildə dəyişdirilməsini tələb edib. Pekin eyni zamanda cavab tədbirləri və iqtisadi addımlar atıla biləcəyini də istisna etmir.
Rəsmi nümayəndələr bildirirlər ki, Çin Avropa bazarında ayrı-seçkiliyə qarşı “boş oturmayacaq” və lazım gələrsə, uyğun əks addımlar atacaq. Brüssel və Pekin arasında bu məsələnin yaxın günlərdə daha da gərginləşə biləcəyi ehtimal edilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-04-2026