Ermənistanda gərginlik artır: Müxalifət qərargahlarında axtarışlar başladı
Tarix: 04-06-2026 | Saat: 12:31
Bölmə:Özəl | çapa göndər

Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi gərginlik daha da yüksəlib. Gümrü şəhərində fəaliyyət göstərən "Daşnaksütun" partiyasının ofisində, eləcə də partiya üzvlərinin yaşadığı ünvanlarda hüquq-mühafizə orqanları tərəfindən axtarışlar aparılıb.
Müxalif düşərgə bu addımı seçkiqabağı təzyiq kimi qiymətləndirir. "Ermənistan" blokunun nümayəndələri hakimiyyətin müxalif qüvvələrin fəaliyyətini məhdudlaşdırmağa çalışdığını iddia edirlər.
Partiya təmsilçiləri bildirirlər ki, baş verənlər seçki prosesinə təsir göstərmək məqsədi daşıyır və müxalifətin təşkilatlanmasına maneə yaratmağa yönəlib. Buna baxmayaraq, onlar tərəfdarlarını fəaliyyətlərini davam etdirməyə çağırıblar.
Siyasi müşahidəçilər qeyd edirlər ki, seçkilərə sayılı günlər qaldığı bir vaxtda baş verən bu hadisə Ermənistanda onsuz da gərgin olan siyasi mühiti daha da mürəkkəbləşdirə bilər.
İrəvanda hakimiyyətlə müxalifət arasında qarşıdurmanın artdığı bir dövrdə bu cür əməliyyatların seçkiqabağı mübarizənin ən diqqətçəkən hadisələrindən biri olduğu bildirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər