Mobil versiya
"Kibertəhlükəsizlik üzrə mövqeyimizi T1 səviyyəsində təmin edəcəyimizə inanıram" - Mərkəz rəisi
Tarix: 04-06-2026 | Saat: 14:53
Bölmə:Karusel / Ölkə | çapa göndər

"Kibertəhlükəsizlik üzrə mövqeyimizi T1 səviyyəsində təmin edəcəyimizə inanıram"

"Kibertəhlükəsizlik üzrə mövqeyimizi T1 səviyyəsində təmin edəcəyimizə inanıram" - Mərkəz rəisi
14:49 04-06-2026 CƏMİYYƏT
Qafqaz regionunda Azərbaycan milli kibertəhlükəsizlik indeksi üzrə birincidir. Ölkəmiz 2020-2021-ci ildə həmin indeks üzrə dünya reytinqində 86-cı yerdə idi. Keçdiyimiz ötən 6 ildə görülən işlər Azərbaycanın mövqeyinin zamanla 86-dan 52-ci yerə, bu yaxınlarda isə 31-ci yerə gəlməsinə imkan verib.

aia.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib.

“Hazırlanan qanunvericilik aktları, görüləcək işlər, üzərində işlənən layihələrin reallaşması inanıram ki, mövqeyimizi qlobal indeksdə T1 səviyyəsində təmin edəcək və 20-ci yerlərdə qərarlaşa biləcəyik. Hədəfə çatacağımıza dair böyük ümidlər var”, - deyə D.Rüstəmov qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2026