Mobil versiya
Diplomatların maaş sistemi dəyişir: Yeni əlavələr təsdiqləndi
Tarix: 05-06-2026 | Saat: 13:35
Bölmə:Özəl | çapa göndər

Diplomatların maaş sistemi dəyişir: Yeni əlavələr təsdiqləndi


Milli Məclis diplomatların əməkhaqlarının hesablanması qaydasında dəyişiklikləri təsdiqləyib.

Qəbul edilən yeni qaydalara əsasən, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi bir neçə hissədən formalaşacaq. Buraya aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə ödəniş, təmsilçilik haqqı və müəyyən hallarda artıq iş saatlarına görə əlavələr daxil ediləcək.

Bundan başqa, xidmət şəraitinin ağırlığı, zərərli iş mühiti və iqlim xüsusiyyətləri ilə bağlı əlavə ödənişlərin də verilməsi nəzərdə tutulur.

Yeni dəyişikliklərə görə, iş vaxtı normadan artıq artırıldığı hallarda diplomatlara işlədikləri əlavə saatlara görə ayrıca ödəniş hesablanacaq.

Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2026