Mobil versiya
"Yeni Dövlət Proqramının əsas nəticələri məhz yerlərdə formalaşacaq" - Şahmar Mövsümov
Tarix: 12-06-2026 | Saat: 11:25
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

"Yeni Dövlət Proqramının əsas nəticələri məhz yerlərdə formalaşacaq" -

Aqrar sahədə yeni Dövlət Proqramının əsas nəticələri məhz yerlərdə formalaşacaq. Məhsuldarlığın artırılması, yeni bağların salınması, müasir suvarma sistemlərinin tətbiqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, emal müəssisələrinin yaradılması, saxlama və logistika imkanlarının genişləndirilməsi kimi hədəflər yalnız dövlət qurumlarının deyil, fermerlərin, sahibkarların və investorların birgə səyləri nəticəsində reallaşa bilər.

aia.az xəbər verir ki, bu fikirləri Aqrar sahədə yeni Dövlət Proqramının tanıtımı ilə bağlı Göygöldə keçirilən regional müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O deyib ki, regional müşavirənin əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəf və vəzifələri birgə müzakirə etmək, fermerlərin və sahibkarların rəy və təkliflərini dinləmək, yerlərdə mövcud vəziyyəti qiymətləndirmək və proqramın icrası ilə bağlı qarşıda duran vəzifələri dəqiqləşdirməkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2026