Yeni qanun qəbul etdilər - Orbanın qayıdış yolu bağlanır?
Tarix: 17-06-2026 | Saat: 10:14
Bölmə:Dünya | çapa göndər

Macarıstan parlamenti baş nazir vəzifəsinə müddət məhdudiyyəti nəzərdə tutan mühüm konstitusiya dəyişikliyini qəbul edib.
aia.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qayda ölkədə baş nazir postunda qalma müddətini maksimum 8 il, yəni iki səlahiyyət müddəti ilə məhdudlaşdırır.
Parlamentdə keçirilən səsvermədə düzəliş 135 deputatın dəstəyi, 50 deputatın isə əleyhinə səsi ilə qəbul olunub.
Qanuna əsasən, məhdudiyyət 2 may 1990-cı ildən sonra baş nazir vəzifəsində çalışmış şəxslərə də şamil ediləcək. Bu müddəa xüsusilə müxtəlif dövrlərdə ümumilikdə 20 il ölkəyə rəhbərlik etmiş keçmiş Baş nazir Viktor Orbanın gələcəkdə yenidən hakimiyyətə qayıtmaq imkanlarını məhdudlaşdırmağa yönəlmiş addım kimi qiymətləndirilir.
Dəyişiklik hakimiyyətdə olan Peter Madyarın seçkiqabağı vədlərindən biri olan “rejim dəyişikliyi” proqramının ilk böyük addımlarından biri hesab olunur. Maraqlıdır ki, yeni qayda gələcəkdə Madyarın özünün də baş nazir postunda qalma müddətini məhdudlaşdıracaq.
Bununla belə, müxalif hüquqşünaslar və konstitusiya ekspertləri düzəlişin keçmiş dövrlərə tətbiqi ilə bağlı hüquqi mübahisələrin yarana biləcəyini bildirirlər. Onların fikrincə, qanunun retroaktiv xarakter daşıması ilə bağlı müzakirələr Orbanın gələcəkdə yenidən seçilmə ehtimalını tamamilə aradan qaldırmaya bilər.
Xatırladaq ki, Madyarın rəhbərlik etdiyi “Tisza” partiyası aprelin 12-də keçirilən parlament seçkilərində 199 yerlik qanunverici orqanda 141 mandat qazanaraq konstitusiyaya dəyişiklik etmək üçün tələb olunan çoxluğu əldə edib.
Əlavə edək ki, Orban ötən həftəsonu keçirilən qurultayda FİDES partiyasının sədri vəzifəsinə yenidən seçilib. O, partiyasının hakimiyyətə yenidən qayıtması üçün çalışacağını vəd edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2026
10:27 Prezident qəbul keçirdi
16-06-2026