Mobil versiya
DÇ-də 1/8 finalın ilk iştirakçısı məlum oldu
Tarix: 29-06-2026 | Saat: 08:58
Bölmə:İdman | çapa göndər

DÇ-də 1/8 finalın ilk iştirakçısı məlum oldu

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin matçlarına start verilib.

aia.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Mundialın ev sahiblərindən olan Kanada millisi Cənubi Afrika Respublikası (CAR) yığması ilə üz-üzə gəlib.

Los-Anceles şəhərindəki "Sou-Fay" stadionunda oynanılan görüşün taleyini bir qol həll edib. Stiven Euştakiunun 90+2-ci dəqiqədə vurduğu qol Kanada yığmasını 1/8 finala yüksəldib.

Qeyd edək ki, Kanada millisi növbəti mərhələdə Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-06-2026