Səttar Möhbalıyev: Prezident İlham Əliyevin bəyanatı strateji tərəfdaşlığın dərinləşən mahiyyətini ortaya qoyur
Tarix: 02-07-2026 | Saat: 14:01
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 1-də mətbuata verdikləri bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışı təkcə mövcud əməkdaşlığın yekunu deyil, həm də qarşıdakı dövrün siyasi, iqtisadi və geostrateji istiqamətlərini müəyyən edən mühüm konseptual yanaşma kimi qiymətləndirilə bilər. Cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Avropa Komissiyası ilə münasibətlərdə “görünməmiş dinamika” müşahidə olunur. Bu dinamika təsadüfi deyil, son illərdə formalaşmış qarşılıqlı etimadın, praqmatik siyasətin və ortaq maraqların məntiqi nəticəsidir.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, son illərdə dünya siyasətində baş verən mürəkkəb proseslər, enerji bazarlarındakı dəyişikliklər və beynəlxalq təhlükəsizlik çağırışları Avropa İttifaqının etibarlı tərəfdaşlara olan ehtiyacını daha da artırıb. Bu mənada Azərbaycan özünü sabit, etibarlı və məsuliyyətli tərəfdaş kimi təsdiq edə bilib. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Avropa İttifaqı rəhbərliyinin Azərbaycana səfərlərinin intensivləşməsi oldu. Bu ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın, iyulun əvvəlində isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu diplomatik fəallıq Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın roluna verdiyi strateji əhəmiyyətin göstəricisidir. Artıq Bakı yalnız regional aktor deyil, həm də Avrasiyanın enerji və nəqliyyat təhlükəsizliyinin əsas dayaqlarından biri kimi qəbul edilir. Cənab Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin iqtisadi mahiyyətini aydın şəkildə ortaya qoyur. Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqı ölkələrinin payına düşür. Digər tərəfdən, Cənubi Qafqaz üzrə Avropa İttifaqının ticarət əlaqələrinin təxminən 70 faizi Azərbaycanla həyata keçirilir. Bu göstəricilər ölkəmizin region iqtisadiyyatındakı lider mövqeyini bir daha təsdiqləyir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühiti və beynəlxalq nəqliyyat layihələri ölkəni Avropa üçün cəlbedici iqtisadi tərəfdaşa çevirib. Məhz bu praqmatik əməkdaşlıq modeli siyasi münasibətlərin də daha sağlam və dayanıqlı əsaslar üzərində qurulmasına şərait yaradır. Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının strateji mahiyyətini müəyyən edən əsas amillərdən biri enerji təhlükəsizliyidir. Dövlət başçısının vurğuladığı kimi, hazırda enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib.
Millət vəkili onu da bildirib ki, 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu artıq real nəticələr verməkdədir. Həmin vaxtdan etibarən Avropa İttifaqına Azərbaycan qazının ixracı təxminən 65 faiz artıb. Hazırda Azərbaycanın ixrac etdiyi təbii qazın yarısı Avropa İttifaqı ölkələrinə göndərilir və artıq 10 Avropa dövləti Azərbaycan qazından istifadə edir. Bu coğrafiyanın daha da genişlənməsi isə gələcək perspektivlərin kifayət qədər böyük olduğunu göstərir. Bu uğurların əsasında isə nəhəng infrastruktur layihələri dayanır. Uzunluğu 3500 kilometrdən çox olan Cənub Qaz Dəhlizi XXI əsrin ən mühüm enerji layihələrindən biri hesab edilir. Bu layihə yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan Avrasiyanın enerji xəritəsini dəyişdirən mühüm təşəbbüsə çevrilib. Azərbaycanın öz maliyyə resursları hesabına həyata keçirdiyi bu layihə dövlətimizin iqtisadi gücünü və strateji baxışını nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də nəqliyyat və logistika sahəsində əməkdaşlıq idi. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan artıq Avrasiyanın əsas tranzit qovşaqlarından birinə çevrilib. Müasir geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Çinlə Avropa arasında yüklərin hərəkətində alternativ marşrut kimi Azərbaycanın rolu sürətlə yüksəlir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, yenilənmiş dəmir yolu infrastrukturu və logistika mərkəzləri ölkənin bu üstünlüyünü daha da möhkəmləndirir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, yeni geosiyasi vəziyyət limanların və dəmir yolu imkanlarının daha da genişləndirilməsini tələb edir. Azərbaycan isə bunu öz maliyyə imkanları hesabına ardıcıl şəkildə həyata keçirir. Bu, ölkənin yalnız enerji deyil, həm də qlobal ticarət və logistika sisteminin mühüm iştirakçısı olduğunu təsdiq edir. Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni və perspektivli istiqamətlərdən biri də bərpaolunan enerji sahəsidir. Cənab Prezident İlham Əliyevin açıqladığı rəqəmlər ölkəmizin yaşıl enerji siyasətinin miqyasını göstərir. Hazırda xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr yaxın beş-altı il ərzində Azərbaycanda 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal etməyə imkan verəcək. Bu isə təkcə daxili tələbatın ödənilməsi deyil, həm də gələcəkdə yaşıl enerjinin Avropa bazarlarına ixracı baxımından böyük perspektivlər yaradır. Xəzər dənizinin külək potensialı, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması, Qara dəniz vasitəsilə enerji kabeli layihəsi Azərbaycanın Avropanın yaşıl keçid strategiyasında mühüm tərəfdaşa çevrildiyini göstərir. Beləliklə, ənənəvi enerji sahəsində formalaşmış strateji əməkdaşlıq artıq bərpaolunan enerji istiqamətində də yeni məzmun qazanır.
Cənab Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən digər mühüm məqam Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması və regionda sülh prosesinin gedişi ilə bağlı idi. Ötən ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması artıq regionda yeni siyasi reallıq yaradıb. Cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi, sülh artıq de-fakto mövcuddur və onun nəticələri gündəlik həyatda hiss olunmağa başlayıb. Azərbaycanın Ermənistana daşınan yüklər üçün öz ərazisində tranzit məhdudiyyətlərini aradan qaldırması, enerji məhsullarının ixracına başlaması məhz bu siyasi iradənin praktiki təzahürüdür. Ən vacib məqamlardan biri isə Azərbaycanın sülhə qalib dövlət mövqeyindən yanaşmasıdır. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda əməkdaşlıq və inteqrasiya modelini təşviq edir. Avropa Komissiyasının bu prosesə dəstək verməyə hazır olması isə Cənubi Qafqazın gələcəkdə münaqişələr deyil, əməkdaşlıq və tərəfdaşlıq məkanına çevrilməsi üçün əlavə imkanlar yaradır.
Cənab Prezident İlham Əliyevin iyulun 1-də səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq klassik enerji tərəfdaşlığı çərçivəsini çoxdan aşaraq geniş geosiyasi əməkdaşlıq platformasına çevrilib. Enerji, ticarət, nəqliyyat, yaşıl iqtisadiyyat və regional təhlükəsizlik kimi istiqamətlərdə formalaşan yeni əməkdaşlıq modeli qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqlara əsaslanan siyasətin uğurlu nümunəsidir. Məhz bu səbəbdən Azərbaycan Avropa üçün etibarlı tərəfdaş, Avropa isə ölkəmizin iqtisadi və siyasi inkişafında mühüm tərəfdaş olaraq qalır. Yeni geosiyasi reallıqlar fonunda bu əməkdaşlığın daha da dərinləşməsi həm regionun, həm də bütövlükdə Avrasiyanın sabitliyi və rifahı baxımından strateji əhəmiyyət daşıyır-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-07-2026
14:53 Deniz Göktaş saxlanıldı