Kreml üçün narahatedici siqnal: Putinin reytinqində gözlənilməz geriləmə
Tarix: 03-07-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Rusiyada aparılan son ictimai rəy sorğusu Prezident Vladimir Putinə dəstək göstəricilərində nəzərəçarpacaq azalmanın qeydə alındığını göstərib.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 73,3 faizi Putinə etibar etdiyini bildirib. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 3,4 faiz bəndi azdır. Putinə etibar etmədiyini bildirənlərin payı isə 22,1 faizə yüksəlib.
Eyni zamanda, dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirənlərin sayı da 3,5 faiz bəndi azalaraq son dövrlərin ən aşağı göstəricilərindən birinə enib.
Məlumata görə, bu, Ukraynada müharibənin başlamasından sonra Putinin etimad reytinqində qeydə alınan ən ciddi həftəlik geriləmə hesab olunur. Həmçinin prezidentin fəaliyyətinin bəyənilmə səviyyəsinin 2024-cü ildən bəri ən aşağı həddə çatdığı bildirilir.
Analitiklər hesab edirlər ki, sorğunun nəticələri Rusiyada ictimai rəyin dinamikasında baş verən dəyişiklikləri və ölkədə sosial-siyasi gündəmin təsirlərini əks etdirən mühüm göstəricilərdən biri kimi qiymətləndirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-07-2026