Mobil versiya
Baş prokuror Xətaidə vətəndaşları qəbul etdi
Tarix: 03-07-2026 | Saat: 16:39
Bölmə:Ölkə | çapa göndər

Baş prokuror Xətaidə vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-a bildirilib ki, iyulun 3-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Xətai rayon prokurorluğunun inzibati binasında Xətai rayonundan olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 48 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2026