İnsan, cəmiyyət və təbiət harmoniyası: Leyla Əliyevanın çoxşaxəli fəaliyyətinə elmi baxış
Tarix: 03-07-2026 | Saat: 14:51
Bölmə:Manşet / Özəl | çapa göndər

Qloballaşmanın sürətləndiyi müasir dünyada ictimai fəaliyyətin mahiyyəti ənənəvi xeyriyyəçilik çərçivəsindən kənara çıxaraq cəmiyyətin dayanıqlı inkişafının mühüm komponentinə çevrilib. Bu fəaliyyət yalnız sosial problemlərin aradan qaldırılmasına deyil, eyni zamanda mənəvi dəyərlərin möhkəmləndirilməsinə, vətəndaş həmrəyliyinin gücləndirilməsinə, sosial məsuliyyət mədəniyyətinin formalaşdırılmasına və insan kapitalının inkişafına xidmət edir. Bu baxımdan ictimai təşəbbüslər cəmiyyətin sosial və mənəvi potensialını artıran strateji vasitələrdən biri kimi çıxış edir.
Müasir elmi yanaşmalara görə, ictimai liderlik anlayışı təkcə idarəetmə bacarığı ilə ölçülməməlidir. Eyni zamanda humanizm, etik məsuliyyət, sosial ədalət və davamlı inkişaf prinsiplərinə sadiqliklə xarakterizə olunmalıdır. Bu prinsiplərin praktik müstəvidə həyata keçirilməsi cəmiyyətlə dövlət arasında etimadın möhkəmlənməsinə, vətəndaş fəallığının artmasına və ümumi rifahın yüksəlməsinə zəmin yaradır. Belə bir yanaşma ictimai fəaliyyətə strateji inkişafın ayrılmaz hissəsi kimi baxmağı zəruri edir.
Bu kontekstdə Leyla xanım Əliyevanın çoxşaxəli fəaliyyəti humanitar təşəbbüslər, ekoloji layihələr, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun təşviqi kimi istiqamətləri özündə birləşdirən sistemli fəaliyyət modeli kimi diqqəti cəlb edir. Onun təşəbbüslərinin əsasını insan amilinin ali dəyər kimi qəbul edilməsi təşkil edir. Təhsil, səhiyyə, sosial müdafiə, ekologiya və mədəniyyət sahələrində həyata keçirilən layihələr təkcə konkret sosial ehtiyacların ödənilməsinə yönəlmir, həm də cəmiyyətdə humanist düşüncənin, qarşılıqlı həmrəyliyin və sosial məsuliyyət hissinin möhkəmlənməsinə xidmət edir.
Fəlsəfi baxımdan bu fəaliyyət modeli insanın cəmiyyət və təbiət qarşısında daşıdığı mənəvi məsuliyyət ideyasına söykənir. Humanizm burada yalnız nəzəri dəyər kini çıxış etmir, sosial münasibətləri istiqamətləndirən praktik fəaliyyət prinsipi kimi çıxış edir. Məhz bu səbəbdən həyata keçirilən layihələr ayrı-ayrı sosial problemlərin həllindən daha geniş məna daşıyaraq, cəmiyyətin mənəvi inkişafına, vətəndaş həmrəyliyinin güclənməsinə və davamlı inkişaf mədəniyyətinin formalaşmasına töhfə verən mühüm ictimai təşəbbüslər kimi dəyərləndirilə bilər.
Humanizm insan ləyaqətinin, qarşılıqlı hörmətin və cəmiyyət qarşısında məsuliyyət hissinin əsas dəyər kimi qəbul edilməsini nəzərdə tutur. Bu baxımdan xeyriyyəçilik yalnız maddi yardımla başa düşülməməlidir. İnsanın sosial rifahına, mənəvi inkişafına və gələcəyinə yatırılan sərmayə kimi qiymətləndirilməlidir.
Leyla xanım Əliyevanın ictimai fəaliyyəti humanizm prinsipinin praktik müstəvidə həyata keçirilməsinin mühüm nümunələrindən biri kimi dəyərləndirilə bilər. Onun təşəbbüslərinin əsas xüsusiyyəti sosial dəstəyin epizodik yardım xarakteri daşımamasında, əksinə, uzunmüddətli və dayanıqlı inkişaf məqsədlərinə istiqamətlənməsində ifadə olunur. Uşaqların, aztəminatlı ailələrin, şəhid və qazi ailələrinin, sağlamlıq imkanları məhdud şəxslərin, eləcə də digər həssas sosial qrupların sosial müdafiəsinə yönəlmiş layihələr cəmiyyətin müxtəlif təbəqələri arasında sosial bərabərliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan humanizm yalnız xeyriyyəçilik aktı kimi deyil, insan ləyaqətinin qorunmasına və sosial ədalətin təmin olunmasına yönəlmiş davamlı fəaliyyət modeli kimi özünü göstərir.
Müasir ekoloji düşüncə insanın təbiət üzərində hökmranlığını ifadə etməməlidir. Onun təbiətin ayrılmaz tərkib hissəsi kimi məsuliyyətini ön plana çıxarmalıdır. Bu yanaşmaya uyğun olaraq Leyla xanımın təşəbbüsü ilə həyata keçirilən ekoloji layihələr biomüxtəlifliyin qorunması, yaşıllıq sahələrinin artırılması, nadir flora və fauna növlərinin mühafizəsi, ekoloji maarifləndirmə və gənclərdə ətraf mühitə həssas münasibətin formalaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Belə təşəbbüslər davamlı inkişafın ekoloji ölçülərinin qarşılıqlı vəhdət təşkil etdiyini nümayiş etdirir. Fəlsəfi yanaşmada isə bu fəaliyyət insanın gələcək nəsillər qarşısında daşıdığı mənəvi məsuliyyətin praktik ifadəsi kimi qiymətləndirilə bilər.
Leyla Əliyevanın fəaliyyətinin mühüm istiqamətlərindən biri də mədəni diplomatiyanın inkişafına töhfə verməsidir. Qloballaşma şəraitində mədəniyyət xalqlar arasında qarşılıqlı anlaşmanın, etimadın və sülhün formalaşmasında ən təsirli vasitələrdən biri hesab olunur. Azərbaycanın zəngin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, multikultural və tolerant dəyərlərin təşviqi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr ölkənin beynəlxalq humanitar əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Bu fəaliyyət eyni zamanda milli-mənəvi irsin qorunması ilə ümumbəşəri dəyərlərin uzlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır və mədəni diplomatiyanın humanizm fəlsəfəsinə söykənən təsirli alət olduğunu nümayiş etdirir.
Mədəni diplomatiya müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin "yumşaq güc" potensialını formalaşdıran əsas amillərdən biri hesab olunur. Bu kontekstdə həyata keçirilən mədəni təşəbbüslər yalnız xalqlar arasında qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə deyil, eyni zamanda ölkənin beynəlxalq nüfuzunun və humanitar əməkdaşlıq imkanlarının genişlənməsinə də mühüm töhfə verir. Leyla xanımın bu istiqamətdə həyata keçirdiyi layihələr Azərbaycan mədəniyyətinin, multikultural dəyərlərinin və tolerantlıq ənənələrinin beynəlxalq müstəvidə tanıdılmasına xidmət etməsi göz önündədir. Bu da humanizm ideyalarının milli sərhədləri aşaraq ümumbəşəri dəyər kimi qəbul olunmasına şərait yaradır.
Fəlsəfi nöqteyi-nəzərdən ictimai fəaliyyət yalnız reallaşdırılan layihələrin sayı və ya miqyası ilə ölçülmür. Onun əsl dəyəri cəmiyyətin mənəvi inkişafına, sosial həmrəyliyin möhkəmlənməsinə və insanların həyat keyfiyyətinə göstərdiyi təsirlə müəyyən edilir. Humanizm insanın yalnız öz rifahını deyil, başqalarının rifahını da şəxsi məsuliyyətinin tərkib hissəsi kimi qəbul etməsini nəzərdə tutur. Sosial məsuliyyət isə fərdi təşəbbüslərin ümumi ictimai mənafeyə yönəlməsi nəticəsində real məzmun qazanır. Bu baxımdan ictimai fəaliyyət mənəvi dəyərlərin praktik müstəvidə təcəssümü kimi çıxış edir.
Leyla Əliyevanın fəaliyyəti də məhz insan, cəmiyyət və təbiət arasında qarşılıqlı məsuliyyət və harmoniyaya əsaslanan inkişaf modelini özündə ehtiva edir. Humanitar layihələr sosial ədalətin və inklüzivliyin gücləndirilməsinə, ekoloji təşəbbüslər təbii sərvətlərin qorunmasına və gələcək nəsillər qarşısında məsuliyyət hissinin formalaşmasına, mədəni layihələr isə milli-mənəvi irsin qorunmasına və mədəniyyətlərarası dialoqun inkişafına xidmət edir. Bu istiqamətlərin vəhdəti insan mərkəzli inkişaf konsepsiyasının mühüm elementlərini özündə birləşdirir və cəmiyyətin davamlı tərəqqisinə xidmət edən yeni fəaliyyət modelini formalaşdırır.
Leyla Əliyevanın çoxşaxəli ictimai fəaliyyəti humanizm, sosial məsuliyyət və davamlı inkişaf prinsiplərinin qarşılıqlı əlaqəsini əks etdirən sistemli yanaşma kimi qiymətləndirilə bilər. Humanitar yardım, ekoloji təşəbbüslər, mədəni diplomatiya və ictimai həmrəyliyin gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr təkcə konkret sosial ehtiyacların ödənilməsinə xidmət etmir. Həmçinin cəmiyyətdə humanist dəyərlərin, vətəndaş məsuliyyətinin və sosial etimadın möhkəmləndirilməsinə xidmət edir. Elmi baxımdan bu fəaliyyət modeli insanın, cəmiyyətin və təbiətin qarşılıqlı harmoniyasına əsaslanan inkişaf konsepsiyasının praktik ifadəsi kimi dəyərləndirilə bilər və müasir dövrdə sosial inkişafın mühüm nümunələrindən biri hesab oluna bilər.
Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-07-2026