Ərdoğan Trampı razı saldı - Ankaraya səfər edəcək
Tarix: 03-07-2026 | Saat: 15:07
Bölmə:Manşet / Dünya | çapa göndər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitinə səfərini təmin etməklə ABŞ liderinin yoxluğunun ittifaqda yarada biləcəyi xaosun qarşısını almağı bacarıb.
aia.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Tramp Amerika qoşunlarını Avropadan çıxarmaq və NATO-dan çıxmaq təhdidləri fonunda ittifaq sammitində iştirak etməkdən imtina etsəydi, xaos yarana bilərdi.
Agentlik xatırladır ki, Tramp əvvəllər NATO sammitində iştirak etməyəcəyini, lakin "Ərdoğana hörmət əlaməti olaraq" Ankaraya gedəcəyini bildirmişdi.
Tramp Barak Obamanın 2015-ci ildəki səfərindən bəri Türkiyəyə səfər edən ilk ABŞ prezidenti olacaq
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-07-2026